Gürcüstanda dollar bahalaşıb
Tbilisi, 13 mart, AZƏRTAC
Gürcüstanda xarici valyuta, xüsusən də ABŞ dolları bahalaşıb. Son yarım ildə dollar tarixi maksimuma yüksəlib.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Milli Bankının martın 14-nə təyin etdiyi məzənnəyə əsasən 1 ABŞ dolları 2,9942 GEL səviyyəsində müəyyən edib. Günlük müqayisədə dollar 0,0448 lari bahalaşıb.
Rəsmi məzənnəyə əsasən, avronun da dəyəri artıb. Sabah 1 avronun qiyməti 0,0276 lari artaraq 3,3421 lari təşkil edəcək.
Kommersiya banklarında məzənnə daha yüksəkdir. Bəzi kommersiya banklarında 1 dollar 3,02-3,10 GEL-ə dəyişdirilir.
Qeyd edək ki, dolların kəskin bahalaşması bəzi istehlak mallarının qiymətində də özünü göstərməyə başlayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]
Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib
- 13.11.2026 [12:43]