Gürcüstanda dövlət bayraqları endirilib
Tbilisi, 25 fevral, AZƏRTAC
Bu gün Gürcüstanın keçmiş sovet ordusu tərəfindən işğalının 99-cu ildönümüdür.
AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkənin bütün dövlət qurumlarında, diplomatik nümayəndəliklərində bayraqlar endirilib.
Dövlət bayraqları Gürcüstan Prezidentinin sarayı, parlament, hökumət və digər dövlət idarələrinin binalarında da endirilib.
Qeyd edək ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.
Gürcüstan parlamentinin 2010-cu il 21 iyul tarixli qərarı ilə fevralın 25-i Sovet işğalı günü elan olunub. Ölkə üzrə dövlət bayraqları hər il məhz bu tarixdə işğalın yüz minlərlə qurbanının xatirəsinə ehtiram əlaməti olaraq endirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]