DÜNYA
Gürcüstanda güclü qasırğa Rustavi şəhərinə ciddi ziyan vurmuşdur
Tbilisi, 21 avqust (AZƏRTAC). Gürcüstanda yağışla müşahidə olunan güclü qasırğa azərbaycanlılarının yığcam yaşadığı Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhərinin infrastrukturuna ciddi ziyan vurmuşdur. Rustavinin 7-ci mikrorayonunda qasırğa yaşayış korpuslarından birinin fasadını ciddi zədələmişdir. Həmçinin şəhərdə nəqliyyatın və əhalinin hərəkətində, sakinlərin elektrik enerjisi və içməli su ilə təminatında problem yaranmışdır.
Gürcüstanın Baş naziri Vano Merabişvili Rustaviyə gəlmişdir. Baş nazir və qubernator David Kirkitadze təbii fəlakət bölgəsi ilə tanış olmuşlar. Baş nazir qubernatora zərərin miqyasını müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılması və şəhərin infrastrukturunun təcili bərpası üçün ciddi tədbirlər görülməsi ilə bağlı tapşırıqlar vermişdir.
İslam Əliyev
AzərTAC-ın xüsusi müxbiri
Tbilisi