GÜRCÜSTANDA GÜCLÜ YAĞIŞ DAVAM EDİR
Tbilisi, 17 iyun (AZƏRTAC). Artıq iki gündür ki, Gürcüstanda güclü yağış yağır. Yağışın dolu və qasırğa ilə müşayiət olunması ölkəyə xeyli ziyan vurmuşdur.
İyunun 17-nə olan məlumata görə, Tbilisidə güclü yağış nəticəsində əksər yeraltı keçidlərə, evlərin birinci mərtəbələrinə və zirzəmilərinə su dolmuşdur.
Ötən gecə ərzində şəhər bələdiyyəsinin fövqəladə xidmət idarəsinin əməkdaşları 5 çağırış üzrə hadisə yerinə gedib xüsusi nasoslar vasitəsilə evlərə dolmuş yağış sularını çəkmişlər. Xidmətin əməkdaşları bir neçə yüngül minik maşınını da seldən xilas edə bilmişlər. Paytaxtda xəsarət alan olmadığı bildirilir.
Svanetiyanın yüksək dağlıq Mestia rayonunda sel yolları və körpüləri sıradan çıxarmış, 11 kəndin ətraf mühitlə əlaqəsini kəsmişdir. Rayon icra hakimiyyətindən verilən məlumata görə, həmin kəndlərə elektrik enerjisi verilişi dayandırılmış, kommunikasiya əlaqələri kəsilmişdir. Hələlik yağışlar bərpa işlərinə başlamağa imkan vermir.
Gürcüstan sinoptikləri həftənin sonunadək güclü yağış yağacağını, dolu düşəcəyini və qasırğa olacağını proqnozlaşdırır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]