GÜRCÜSTANDA HAVALAR ÇOX İSTİ KEÇİR
Tbilisidə avqustun 5-dən bəri temperatur 39 dərəcədən aşağı düşməmişdir. Özü də kölgədə! Bu cür temperatur burada axırıncı dəfə 2000-ci ildə qeydə alınmışdır, lakin havanın dörd gün dalbadal belə isti keçməsi son 20 ildə ilk dəfə baş vermişdir. Şəhərin bütün xidmət idarələri günərzi iş rejiminə keçmişdir. Əlavə təcili yardım maşınları gətirilmişdir, onlarca avtomobil sisterni küçələri gündə bir neçə dəfə sulayır.
Sinoptiklər vəziyyətin hələ iki gün belə davam edəcəyini bildirir, həkimlər isə imkanı olanlara dağ rayonlarına getməyi, qalanlara isə günəşdən daldalanmağı, çoxlu maye qəbul etməyi məsləhət görürlər. Avqustun 7-də Kvemo Kartli-Borçalı bölgəsində havanın temperaturu 40 dərəcə olmuş, ən yüksək temperatur Qardabani rayonunda qeydə alınmışdır - 41 dərəcə.
Sinoptiklərin proqnozlarına görə, Tbilisidə və Gürcüstanın əksər bölgələrində istilər avqustun 10-da səngiyəcək, lakin temperatur 36-37 dərəcədən aşağı düşməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]