Gürcüstanda komendant saatı ləğv olunub
Tbilisi, 30 iyun, AZƏRTAC
Gürcüstanda pandemiya səbəbindən 2020-ci ilin noyabrından tətbiq olunan komendant saatı ləğv olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasındakı operativ qərargahın rəhbəri Qeorqi Qibradze məlumat verib.
Onun sözlərinə görə, şuranın müvafiq qərarına əsasən, iyunun 30-da saat 23:00-dan etibarən komendant saatı tətbiq edilməyəcək.
Gürcüstanda komendant saatı ötən il noyabrın 28-dən tətbiq olunub. Ölkə üzrə saat 21:00-dan 05:00-dək piyadalar və avtomobillərin hərəkəti qadağan edilmişdi. Bu il iyunun 1-dən məhdudiyyət müddəti saat 23:00-dan 04:00-dək qısaldılmışdı.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]