Gürcüstanda koronavirusun üçüncü dalğası başlayır
Tbilisi, 27 mart, AZƏRTAC
Gürcüstan koronavirusun üçüncü dalğasının başlanğıc mərhələsindədir. Gürcüstanın Səhiyyə Nazirliyi vətəndaşları mütəxəssislərin məsləhətlərinə riayət etməyə çağırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze söyləyib.
Nazir deyib: “Epidemioloqlar ölkədə koronavirusun üçüncü dalğasının başladığını rəsmən elan edəcəklər. Vətəndaşlarımız buna hazır olmalı, koronavirusa qarşı mübarizə ilə əlaqədar bütün mümkün vasitələrdən istifadə etməlidirlər”.
Onun sözlərinə görə, koronavirusa qarşı effektiv mübarizə aparmaq üçün kompleks tədbirlər görüləcək. O cümlədən kütləvi vaksinasiya ilə bağlı kampaniya aparılacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]
Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib
- 13.11.2026 [12:43]