Gürcüstanda NATO günləri başlayıb
Tbilisi, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-dən Gürcüstanda NATO günləri başlayıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın sonuna qədər davam edəcək NATO günləri çərçivəsində Gürcüstanın 10 müxtəlif bölgəsində 70 tədbir keçiriləcək.
Qeyd edək ki, bu gün Gürcüstan hökumətinin dəvəti ilə NATO nümayəndə heyəti Gürcüstana səfər edəcək. Nümayəndə heyətinə alyansa 29 üzv ölkənin daimi nümayəndələri və NATO Baş katibinin müavini Rouz Qütemüller daxildir.
NATO günlərinin ilk tədbiri kimi Baş katibin müavini Qərbi Gürcüstanın ali təhsil müəssisələrinin tələbələri ilə görüşəcək. Onun, həmçinin Gürcüstanın Prezidenti, Baş Naziri, parlamentinin sədri və digər hökumət nümayəndələri ilə görüşləri planlaşdırılır.
Səfər çərçivəsində baş tutacaq görüşlərdə NATO-Gürcüstan siyasi dialoqunun və praktiki əməkdaşlığının dərinləşdirilməsi, Gürcüstanın NATO-ya qəbul edilməsi və Qara dənizin təhlükəsizliyinin gücləndirilməsi, regionda gedən proseslər, mövcud münaqişələr və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.
Səfər çərçivəsində NATO-Gürcüstan Komissiyasının görüşü də keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [19:07]
"Meta" 805 milyon avro məbləğində cərimələnib
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
- 14.11.2026 [09:21]
Hörmüz boğazında tanker minaya düşərək yanıb
- 14.11.2026 [07:18]
Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək
- 14.11.2026 [07:08]
Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]