Gürcüstanda seçki baryeri 3 faizə endiriləcək
Tbilisi, 26 mart, AZƏRTAC
Gürcüstanda seçki baryerinin 5 faizdən 3 faizədək azaldılması planlaşdırılır. Artıq bununla əlaqədar Konstitusiyaya və Seçki Məcəlləsinə dəyişikliklər ediləcək.
AZƏRTAC xəbər verir ki, seçki baryerinin 3 faizə endirilməsi təklifi ilə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası çıxış edib.
Hakim partiyanın üzvləri seçki baryerinin 3 faizədək azaldılması ilə bağlı qanun layihəsi hazırlayıb və parlamentə təqdim edib. Layihədə parlament fraksiyasının yaradılması üçün tələb olunan minimum deputat sayının 7 nəfərdən 4-ə endirilməsi nəzərdə tutulub.
Parlamentdən bildirilib ki, təşəbbüsün dəstəklənməsi üçün 76, qanun layihəsinin qəbul edilməsi üçün isə 113 deputatın səsi lazımdır.
Qeyd edək ki, hazırda parlamentdə “Gürcü Arzusu” partiyası 90, müxalifət isə 6 deputat ilə təmsil olunur. Buna görə də seçki baryerinin azaldılması üçün digər müxalifət partiyalarından seçilən deputatlar da parlamentə daxil olmalıdırlar.
Qeyd edək ki, Gürcüstanda növbəti parlament seçkiləri 2024-cü ildə keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]