Gürcüstanda seçkiqabağı kampaniya başlayıb
Tbilisi, 1 sentyabr, AZƏRTAC
Sentyabrın 1-dən Gürcüstanda parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına rəsmən start verilib. Kampaniya 60 gün davam edəcək.
AZƏRTAC xəbər verir ki, parlament seçkiləri oktyabrın 31-də yeni sistem üzrə keçiriləcək. Deputat mandatı uğrunda 30 deputat majoritar, 120 deputat isə proporsional sistem üzrə mübarizə aparacaq.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası bəyan edib ki, hakimiyyət seçkilərin azad, ədalətli və sakit mühitdə keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
Hakim partiyanın rəhbərliyi digər siyasi partiyaları seçkiqabağı kampaniya dövründə yüksək məsuliyyət və dözüm nümayiş etdirməyə çağırıb.
Qeyd edək ki, bu günədək seçkilərdə iştirak etmək üçün parlamentdə təmsil olunmayan 59 partiya qeydiyyatdan keçib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]