Gürcüstanda ÜDM istehsalı 8,3 faiz azalıb
Tbilisi, 31 mart, AZƏRTAC
Koronavirus pandemiyası səbəbindən Gürcüstan iqtisadiyyatı və ümumi daxili məhsul istehsalının (ÜDM) həcmi azalmaqda davam edir. Cari ilin yanvar-fevral aylarında Gürcüstanda istehsal olunmuş ÜDM-in dəyəri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında deyilir.
Bildirilir ki, azalma təkcə fevral ayında 5,1 faiz olub.
Ötən ay Gürcüstanda maliyyə, ticarət, su təminatı, tullantıların idarə olunması sahələrində inkişaf olub. Qalan digər sektorlarda azalma qeydə alınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]