Gürcüstanda valyutadəyişmə məntəqələri bağlanıb
Tbilisi, 31 mart, AZƏRTAC
Martın 31-dən Gürcüstandakı bütün valyutadəyişmə məntəqələri müvəqqəti olaraq bağlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb. Bildirilir ki, kommersiya bankları, ödəmə sistemləri operatorları, mikromaliyyə təşkilatları, bankomat və poçt terminalları fəaliyyətlərini davam etdirəcək.
Milli Bank vətəndaşları ölkənin koronavirusla effektiv mübarizəsinə kömək etmək üçün maksimal şəkildə onlayn ödənişlərdən istifadə etməyə çağırıb.
Qeyd edək ki, bu gündən koronavirus epidemiyası ilə bağlı Gürcüstanda ümumi karantin qüvvəyə minib. Saat 21:00-dan 06:00-dək komendant saatı tətbiq olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [14:05]
Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur
- 14.10.2026 [13:51]
Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək
- 14.10.2026 [13:25]
BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]