GÜRCÜSTANDA ZƏLZƏLƏ
Tbilisi, 8 sentyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, sentyabrın 8-nə keçən gecə Gürcüstanın qərb bölgəsində zəlzələ baş vermişdir. Yeraltı təkanın gücü zəlzələnin mərkəzində 6,2 bal olmuşdur. Ölkənin Raca bölgəsində bir neçə ev uçmuşdur. Ən çox ziyan bölgənin Oni rayonuna dəymiş, burada xeyli ev uçmuş, divarlarda çatlar əmələ gəlmişdir.
Zəlzələ mərkəzi yollarda torpaq sürüşməsinə səbəb olmuş, bölgənin elektrik enerjisi ilə təminatında problem yaratmışdır. Kutaisi şəhərində isə çoxmərtəbəli binaların sakinləri mənzilləri tərk edərək, gecəni küçələrdə keçirmişlər.
Tbilisidə yeraltı təkanın gücü 5 bal təşkil etmişdir. Paytaxta ziyan dəymədiyi bildirilir. Yeraltı təkanın vurduğu zərəri müəyyənləşdirmək üçün hökumət komissiyası yaradılmışdır. İlkin məlumata görə tələfat yoxdur, Ambrolauri rayon mərkəzində isə bir nəfər qadın özünü ikinci mərtəbədən atmış, yüngül bədən xəsarəti almışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]