Gürcüstanda zəlzələ olub
Tbilisi, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da səhər saatlarında Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar saat 07:21-də Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi rayonunun Məmişlər kəndi ərazisində qeydə alınıb. Zəlzələnin gücü 3,4 bal gücündə olub.
Bu, son həftə ərzində həmin rayon ərazisində qeydə alınan ikinci zəlzələdir.
Məlumatda qeyd olunur ki, Gürcüstan orta dərəcəli seymik aktiv zonadır. Ölkə ərazisində ən güclü zəlzələ 1991-ci ildə 7 bal gücündə qərb bölgəsində qeydə alınıb. O zaman 200 nəfər ölüb, 46 min ev və sənaye obyekti dağılmışdı.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:26]
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb
- 13.11.2026 [16:23]