Gürcüstanda zəlzələ qeydə alınıb
Tbilisi, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də axşam saatlarında Gürcüstanda zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Saçxere rayonunun Xaristvali kəndində 3,5 bal gücündə olub.
Türkiyədən sonra zəlzələnin Gürcüstan ərazisində təkrarlanması əhali arasında birmənalı qarşılanmayıb.
Bəzi mütəxəssislər daha güclü yeraltı təkanların olacağını istisna etməyiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.11.2026 [18:03]
Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb
- 11.11.2026 [16:03]