Gürcüstanın buğda ehtiyatları tükənib
Tbilisi, 13 may, AZƏRTAC
Gürcüstanın buğda ehtiyatları tükənib. Yaxın günlərdə un dəyirmanları fəaliyyətini dayandıracaq.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstanın Taxıl və Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silaqava çıxış edib.
Onun sözlərinə görə, bu gün ölkəyə yalnız un idxal olunur. Taxıl sifariş edən yoxdur. Bunun əsas səbəblərindən biri unun idxal rüsumundan azad olunmasıdır. Buğdanın idxalı zamanı isə üzən məzənnə üzrə gömrük rüsumu tətbiq olunur.
L.Selaqava deyib ki, ölkəyə buğda idxalı zamanı hər bir ton üçün 120 ABŞ dolları həcmində gömrük rüsumu ödənilir. Buna görə də artıq bir aydır ki, ölkəyə yalnız un idxal olunur. İcraçı direktor deyib ki, BMT-nin tövsiyələrinə görə hər bir ölkədə iki aylıq buğda ehtiyatı olmalıdır. “Təəssüf ki, bu gün Gürcüstanda bununla bağlı yaranmış vəziyyət BMT-nin tövsiyələrinə cavab vermir”, - deyə L.Silaqava vurğulayıb.
Bildirib ki, ölkəyə un keçən ilin iyul ayından gətirilməyə başlasa da, 2021-ci ildə çörəyin qiyməti 24 faiz bahalaşıb. Bahalaşma bu ildə davam edib və bundan sonra da çörəyin qiymətinin artacağı istisna edilmir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [21:44]
Antalyada Türkiyənin İqlim Məktəbi açılıb
- 14.11.2026 [21:01]
Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb
- 14.11.2026 [20:02]
Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər
- 14.11.2026 [19:30]
Dünya çempionu Almaniya prezidentliyinə namizəddir
- 14.11.2026 [19:07]
"Meta" 805 milyon avro məbləğində cərimələnib
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]