Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri Fazil Həsənovdan

Hörmətli İlham Heydər oğlu,

Sizi - beynəlxalq siyasətdə öz dəst-xətti ilə seçilən, mənalı ömrünü dünya azərbaycanlılarının məbədgahı olan Azərbaycanımızın parlaq gələcəyinin təmin olunmasına həsr edən böyük dövlət xadimini ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji arzulayırıq.

Möhtərəm Prezident, Sizin apardığınız müdrik siyasət həmişə Azərbaycan xalqının, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, o cümlədən Gürcüstan azərbaycanlılarının xoş gələcəyi, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafı ilə bağlı yüksək qayğınızla xüsusi məzmun kəsb edir.

Bu xoş fürsətdən istifadə edərək, Sizi ad gününüz, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, doğma Azərbaycanımızın qüdrətinin artması üçün ali dövləti vəzifənizdə yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Fazil Həsənov

Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların

Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin