Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri Fazil Həsənovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Sizi - dövrümüzün görkəmli siyasi xadimini doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və şərəfli vəzifənizdə uğurlar diləyirik.

Cənab Prezident, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq ideyalarının təbliği, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, milli kimliyin dərki, transmilli layihələrin həyata keçirilməsi kimi tarixi qərarların Sizin - XXI əsrin mahir siyasi xadimi tərəfindən doğma Azərbaycanımızın qüdrəti və parlaq gələcəyi naminə qətiyyətlə reallaşdırılması bütün dünya azərbaycanlıları kimi, Gürcüstan azərbaycanlılarını da qürurlandırır. Bu yaxınlarda Gürcüstana səfəriniz zamanı Marneulidəki “Çay evi” tədris mərkəzində ictimaiyyətin nümayəndələri ilə görüşünüz bizdə dərin təəssürat yaradıb.

Əziz İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, milli Vətənimizin dünya birliyi ölkələri arasında sanballı söz sahibinə çevrilməsi, canımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və parlaq gələcəyi, xalqımızın firavan həyatı naminə səylərinizdə uca Tanrıdan Sizə yar olmasını diləyir, bu xoş fürsətdən istifadə edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ən xoş arzularımızı bildirməkdən məmnunluq duyuruq.

Hörmətlə,

Fazil Həsənov

Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların

Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin