İDMAN
Guy Ferrier: Rəqibimiz çox güclüdür
Bakı, 13 oktyabr (AZƏRTAC). Azərbaycanda keçirilən dünya çempionatının final mərhələsinə yüksəldiyimiz üçün çox xoşbəxtəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuat konfransında Fransa millisinin baş məşqçisi Guy Ferrier demişdir. Bildirmişdir ki, mundiala çox ciddi hazırlaşmışdıq. Artıq çempionatın final mərhələsindəyik. Rəqibimiz çox güclüdür. Artıq bir dəfə dünya çempionu olmuş Koreya Xalq Demokratik Respublikasının millisi hücum futbolu oyanır. Rəqibin oyununu analiz etmişik.
G.Ferrier FİFA U-17 qadınlararası dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu və Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi vurğulamışdır.
Qeyd edək ki, FİFA U-17 qadınlararası dünya çempionatının final matçı oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Fransa və Koreya Xalq Demokratik Respublikasının yığmaları arasında keçiriləcəkdir.