İQTİSADİYYAT
Güzəştli mənzillərə sahib olmaq istəyənlərə “ASAN xidmət” mərkəzləri müvafiq xidmətlər göstərir
Bakı, 11 aprel, Ramiz Quliyev, AZƏRTAC
“ MİDA” MMC- nin sərəncamında olan mənzillərə sahib olmaq istəyən vətəndaşlara qeydiyyatdan keçmək və mənzilləri əldə etmək imkanı yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev agentliyin bir illik fəaliyyəti ilə bağlı hesabat iclasında deyib.
S.Nuriyev vurğulayıb ki, “Güzəştli mənzil” elektron sistemi fəaliyyətə başlananadək vətəndaşların rahatlığını təmin etmək məqsədilə, onların məlumatlandırılması işi müvafiq “ASAN xidmət” mərkəzlərində həyata keçirilməyə başlanılıb. Hazırda isə “MİDA” MMC- nin gənc mütəxəssisləri 1, 3 və 5 saylı, həmçinin Sumqayıt “ASAN xidmət “ mərkəzlərində vətəndaşlara xidmət göstərir.
Qeyd olunub ki, paralel olaraq, “ASAN xidmət”in “Çağrı mərkəzi “ vasitəsilə də sualların cavablandırılması prosesinə başlanılıb.