İQTİSADİYYAT
“Hacıqabul” EŞ Müəssisəsində payız-qış mövsümünə hazırlıq gedir
Bakı, 9 avqust (AZƏRTAC). “Hacıqabul” Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində payız-qış mövsümünə hazırlıq gedir.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bidlirmişlər ki, rayon mərkəzinin elektrik təchizatı sistemi yeniləşdirilmiş, 0,4 və 10 kilovoltluq xətlərdə naqillər təzələnmiş, istehlakçılar “smart-kart” tipli sayğaclarla təchiz edilmişlər. Hazırda bu tip sayğacların quraşdırılması məqsədilə bir kilometrə yaxın koaksial kabel çəkilmişdir. Bundan başqa müəssisənin xidməti ərazisində 10, 6 və 0,4 kV-lik xətlər yeniləşdirilmiş və bu xətlərin 9 kilometrə yaxını təmir olunmuşdur.
Müəssisənin balansına aid olan transformator məntəqələrində də müxtəlif təyinatlı təmir işləri aparılmış, ümumi gücü 1,6 meqavat-amperə yaxın olan 8 transformator istehlakçıların istifadəsinə verilmişdir.