İQTİSADİYYAT
Hacıqabul və Qaradağ rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində fasilə yaranacaqdır
Bakı, 3 iyun (AZƏRTAC). Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə əlaqədar Kür Su Kəmərləri Sisteminin Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində magistral xətlərdən birinin yeri dəyişdirilir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar iyunun 4-də saat 00:00-dan başlayaraq Hacıqabul rayonunun və Bakı şəhəri Qaradağ rayonunun bəzi yerlərinə içməli suyun verilməsi 30 saat müddətinə dayandırılacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.