REGİONLAR
Hacıqabulda bostan sahələrinin hər hektarından 162 sentner məhsul yığılıb
Hacıqabul, 29 oktyabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda bostan məhsulları (qarpız-yemiş) yığımı başa çatıb. Məhsul istehsalçıları əkdikləri 481 hektar bostan sahəsindən 7 min 725.6 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı 162 sentner olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hacıqabullu əkinçilər bu mövsüm 68.5 hektar sahədə bostan bitkiləri əkiblər ki, bunun da 284 hektarını qarpız, 187 hektarını isə yemiş sahəsi təşkil edib. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən plantasiyalarda gözlənildiyindən də çox məhsul yetişib. Fermerlər indiyədək becərdikləri qarpız sahəsindən 4 min 826.8 ton, yemiş sahəsindən isə 2 min 898.8 ton yemiş toplayıblar. Qarpız sahəsinin hər hektarının məhsuldarlığı 170, yemiş sahəsininki isə 154 sentner olub.