Hadisələr nəticəsində üç nəfər ölmüşdür
Bakı, 12 noyabr (AZƏRTAC). Sabirabad rayonunda yaşayan Rasim Həsənov “KamAZ” markalı avtomaşının təkərinə hava vurarkən dəmir parçasının ona dəyməsi nəticəsində aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Bakı şəhər sakini Hafiz Bayramov ehtiyatsızlıq nəticəsində Gəncə şəhərindəki P.Səmədov küçəsində yeni inşa edilən binanın 3-cü mərtəbəsindən yıxılmış və aldığı xəsarətdən ölmüşdür.
Oğuz rayon sakini Şahin Quliyev meşə zolağındakı qayalıqdan yıxılmış və aldığı xəsarətdən ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]