İDMAN
“Hamburq” futbol klubu baş məşqçi Mirko Slomkanı istefaya göndərib
Bakı, 16 sentyabr (AZƏRTAC). Almaniyanın “Hamburq” futbol klubu baş məşqçi Mirko Slomkanı vəzifəsindən kənarlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qırx yeddi yaşlı mütəxəssis “Hannover”ə məğlubiyyətindən sonra vəzifəsindən azad edilib. Üç turdan sonra komandanın yalnız 1 xalı var. Maraqlıdır ki, “Hamburq” 3 ildir ilk 3 turda qələbə qazana bilmir.
M.Slomka cari ilin fevralında “Hamburq”a baş məşqçi təyin olunub və o, komandanı ötən mövsüm Bundesliqada saxlamağı bacarıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]