MƏDƏNİYYƏT
“Haqq aşığı” sənədli filminin premyerası olacaq
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” Studiyasının istehsalı olan “Haqq aşığı” sənədli filminin premyerası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş ekran əsərinin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbas, təsvir rejissoru Üzeyir Abbas, rəssamı Şahin Həsənli, musiqi tərtibatçısı Azər Hacıəsgərli, məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının dosenti Fəxrəddin Salim, prodüseri Nazim Hüseynovdur.
Filmdə Aşıq Ələsgər obrazını aşıq Təbriz Vəliyev canlandırıb.
Çəkilişləri Türkiyənin Qars şəhərində, Bakı, Gədəbəy, Qazax, Kəlbəcər və başqa yerlərdə aparılan filmdə Dədə Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]