Azərbaycan Dövlət İnformasiya Agentliyi

Haqq səsimizə çevrilən şəhid jurnalistlər Məhərrəm və Sirac onları tanıyanların dilindən

Haqq səsimizə çevrilən şəhid jurnalistlər Məhərrəm və Sirac onları tanıyanların dilindən

Bakı, 14 iyul, AZƏRTAC

“Bilsin ana torpaq, eşitsin Vətən!

Müsəlləh əsgərəm mən də bu gündən.”

Böyük şairimiz Səməd Vurğunun “Vətən keşiyində” şeirinə aid olan bu misralar peşəsindən, vəzifəsindən, milliyyətindən, dinindən asılı olmayaraq, ölkəmizin dörd bir yanında məskunlaşmış vətəndaşların bir amalı olduğunu əks etdirir: hər birimiz bu Vətənin əsgəriyik, kimimiz silahımızla, kimimiz isə qələmimizlə. Otuz ilə yaxın davam edən erməni işğalına son qoymaq üçün ötən il “Dəmir yumruq” olub silahımızla da döyüşdük, qələmimizlə də. Haqq davamızda qalib gəlsək, başımıza gətirilən məşəqqətlərin qisasını döyüş meydanında alsaq da, söz savaşında mübarizəmiz hələ də davam edir. Çox təəssüf ki, hər iki savaşda qəhrəman və cəsur oğullarımızdan şəhadətə yüksələnlər, adlarını tarixin şanlı səhifələrinə yazdıranlar var. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov da şəhidlik zirvəsinə ucalaraq, adlarını xalqımızın tarixinin şanlı səhifələrinə həkk etdirən qələm sahibləri oldular. Məhərrəm və Sirac işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən iyunun 4-də Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid oldular. Düşmən tapdağından təmizlənmiş torpaqları kəndbəkənd gəzib lazımi məlumatlar toplayan həmkarımızın son dayanacağı məhz Kəlbəcər rayonunun Susuzluq kəndi oldu...

Məhərrəmi tanıyanlar onun məsuliyyətindən, peşəsinə sevgisindən, cəsarətindən, dostluğundan ağızdolusu danışır, ömrünün 39-cu baharında həyatla vidalaşmasından dərindən kədərlənirlər. Həmkarları Məhərrəmin yoxluğunun Azərbaycan mediası üçün böyük itki olduğunu deyirlər.

“Məhərrəmi özümə doğma qardaş bilirdim, yoxluğunu hələ də qəbul etmirəm”, - yaxın dostu İsa Kərimov deyir. İsa Məhərrəmi uşaqlıqdan tanısa da, dostluq münasibətləri 2004-cü ildən - məhz AZƏRTAC-da birgə işlədikdən sonra başlayıb: “Son bir ili çıxmaq şərti ilə demək olar ki, hər günümüz birlikdə keçirdi. Evlərimiz də yaxındır, qonşu idik. Hər gün evə birlikdə gedirdik. Ötən ildən isə xidməti vəzifəsini cəbhə zonasında, sonra isə işğaldan azad olunan ərazilərdə yerinə yetirirdi. Ona görə hər gün görüşmək imkanımız olmasa da, tez-tez əlaqə saxlayır, hal-əhval tuturduq. On səkkiz ildir birlikdə çörək kəsirdik, sirrimiz-sözümüz bir idi, onu doğma qardaşım bilirdim. Sonuncu dəfə ölümündən təxminən iki həftə əvvəl gördüm. Tələsirdi... Bəlkə də onda anlamadım, ölümə tələsirmiş, çünki “vaxtım azdır” deyirdi... Onun ölüm xəbərini mənə deyəndə inanmadım, hələ də inanmıram. Yenə də işğaldan azad olunmuş ərazilərdə xidmətini davam etdirdiyini xəyal edirəm, təskinlik tapıram. Məhərrəmin anama və Birinci Qarabağ müharibəsi qazisi olan yaxın qohumuma doğma Zəngilan rayonundakı bulaqların birinin suyundan gətirdiyini sonradan öyrəndim”.

AZƏRTAC-ın işğaldan azad olunmuş ərazilərə ezam olunan fotomüxbiri Roman İsmayılov da Məhərrəm və Sirac ilə birlikdə işğaldan azad olunmuş ərazilərdə aylarla çəkiliş aparan qrupun üzvü kimi, şəhid jurnalistlərlə bağlı xatirələrini çətinliklə də olsa bizimlə bölüşməyə çalışır: “Səkkiz ay ərzində Məhərrəmin insanı incidəcək nə bir əməlinin şahidi oldum, nə də bir sözünü eşitdim. Özündən böyüyə, kiçiyə də eyni dərəcədə hörmət bəsləyən insan idi. Mənə hər zaman kiçik qardaşı kimi xüsusi qayğı göstərirdi. Öz xarakteri ilə hər kəsin ürəyinə yol tapa bilmişdi. Siracı da orada tanıdım, çox zarafatcıl, mehriban, vətənpərvər oğlan idi. Dağıdılmış, viran qoyulmuş torpaqları görəndə düşmənə nifrəti gözlərindən oxunurdu. Özü də əslən işğaldan azad olunan Qubadlıdan olduğundan işinə xüsusi həssaslıqla yanaşırdı. Hər xırda detalı lentə almağa, düşmənin vandallığını dünyaya sərgiləməyə can atırdı. Çox istəyirdi ki, haqq-ədalət öz yerini tapsın, bütün bunlara beynəlxalq müstəvidə hüquqi qiymət verilsin. Ümumiyyətlə hər iki həmkarım öz işinə son dərəcə məsuliyyətlə yanaşır, var-qüvvələri ilə, yorulmadan çalışırdılar. Qəfil ölümləri məni dərindən sarsıtdı. Kaş, belə olmayaydı...”.

Azərbaycan Televiziyasının əməkdaşı, Əməkdar jurnalist Yunis Orucov Məhərrəmin və Siracın şəhid olması xəbərini onlarla sonuncu dəfə görüşdükləri Xocavənddə olarkən aldığını bildirib: “Aprelin əvvəlləri idi. Xocavəndə ezam olunduq. Orada işləyən həmkarlarımızın fəaliyyəti barədə çəkilişlər aparmalı idik. “Jurnalist araşdırması” verilişinin növbəti buraxılışı yeddi aydır işğaldan azad edilən ərazilərdə işləyən jurnalistlər haqqında olacaqdı. Getdik... Hadrutdan başlayaraq ətraf kəndlərdə xeyli çəkilişlər etdik, müsahibələr aldıq və mən bu çəkilişdə qəlbi Vətən eşqi ilə döyünən, dilindən möhtəşəm qələbəmizin təəssüratları düşməyən gənc vətənpərvərlərlə görüşdüm. Emini, Siracı, Məhərrəmi, Rəşadı, Romanı, Fəzaili yaxından tanımaq, onların maraqlı fikirlərini dinləmək olduqca əhəmiyyətli idi. Necə qürurlu görünürdülər... Axı gördükləri işin fərqində idilər... Bilirdilər ki, bu işin, üzərilərinə götürdükləri missiyanın mahiyyəti çox müqəddəsdir...

Onlar işğaldan azad edilən əraziləri yeddi ay ərzində qarış-qarış gəzmişdilər. Evbəev, küçəbəküçə, kəndbəkənd, şəhərbəşəhər hər yerdə işğalın ağır izlərini kameranın, fotoaparatın yaddaşına köçürürdülər. Təəssüratları o qədər çox idi ki, danışmaqdan doymurdular. Qışın soyuğunda çıxdıqları dağ zirvələrində, erməni vandallığına məruz qalan kəndlərimizdə qarşılaşdıqları ürəkdağlayan mənzərələrdən bəhs edirdilər. Onlar Azərbaycanın 30 ildə üzləşdiyi vandalizmin canlı şahidləri kimi tarixi yazırdılar. Sonda özləri də tarix oldular.

Təsadüfə bax ki, Siracla, Məhərrəmin Kəlbəcərdə düşmən minasına tuş gəlib həlak olma xəbərini elə bir neçə ay öncə son dəfə görüşdüyümüz Xocavənddə, 1997-ci ildə ermənilərə əsir düşməmək üçün özlərini partladaraq misilsiz qəhrəmanlığa imza atan 7 kəşfiyyatçı şəhidimizə həsr edilən verilişin çəkilişi zamanı aldıq. Çox qəribə vəziyyət yaranmışdı: bilmirdim neyləyim? Bir anlıq donub qaldım. Amma sonra birtəhər toparlanıb işləməyə başladım. Bax, budur, bizim peşənin xüsusiyyəti. Budur, jurnalistika. Biz bu cür ağır xəbərlər aldıqda belə işləməli, vəzifə borcumuzu yerinə yetirməliyik.

Siracla müsahibə zamanı dedi ki, mən kameranın obyektivindən tək öz gözümlə yox, 1 milyon məcburi köçkünün, 50 milyonluq Azərbaycan xalqının gözü ilə baxıram. Amma tale elə gətirdi ki, bütün dünya bundan sonra Azərbaycanın 30 ildə üzləşdiyi dəhşətə, ağrı-acının amansız üzünə Siracın kamerasından baxacaq.

Məhərrəmi isə lap çoxdan tanıyıram. Müsahibə vaxtı yaman həyəcanlı idi, amma özünü tez toparladı və danışdı. Öyrəndim ki, düşmənin viranəyə çevirdiyi torpaqlarımızdakı dağıdılmış mülki və sosial infrastrukturu Məhərrəm qeydə alır. Bir-bir hamısını dəftərçəsində qeyd edir, arxivləşdirir. Hər ikisinə eyni sualı verdim: nə vaxt qayıdacaqsınız? “Çoxdandır buradasınız, bəlkə sizi əvəzləsinlər?” sualıma cavabları məni heyrətləndirdi: Biz işimizi bitirib, lap sonda Şuşanı görüb qayıdacağıq! Deməli, belə gənclərimiz olduğu üçün biz qalib gəldik. Bizi qalib edən onların Vətən sevdası oldu.

Aprelin 29-da verilişimiz efirdə yayımlandı və xeyli təqdir topladı. O təqdirlərin hamısı bizim gənc, amma yaşından və başından böyük işlər görən vətənpərvər jurnalistlərimizə, şəhid jurnalistlərimizə görə idi.

Artıq onlar Vətən olublar. Bəlkə yüz illər, min illər keçəcək, biz hamımız unudulacağıq. Lakin Sirac da, Məhərrəm də yaşayacaq. Bir müddət sonra azad olunmuş torpaqlarımız yenidən canlanacaq, amansız işğalın izlərini quruculuq işləri itirəcək. Amma biz 30 illik işğalın dağıdıcı üzünü əziz şəhid jurnalistlərimizin çəkdiklərindən, yazdıqlarından öyrənəcəyik. Deməli, tarix yaradan bu iki jurnalisti tarix özü unudulmağa qoymayacaq. O tarix ki, onu həm də geniş mənada Azərbaycan yazdı. Biz qalib olduq. Biz bir millət kimi qalib olduq”.

Məhərrəm İbrahimovla birgə çəkilişlərdə iştirak edən AZTV-nin videooperatoru Fəzail Kamalov da onunla bağlı təəssüratlarını bölüşərkən deyib: “Məhərrəm çox düşüncəli, ağıllı, mehriban, gülərüz, sadə insan idi. Onunla yeddi ay doğma Qarabağımızda yol yoldaşı olduq. Məhərrəmlə yoldaşlıq etmək çox maraqlı idi. Biz Qarabağda olarkən bəzən avtomobillərdə yer olmadığından “pikap” maşınların üstündə getməli olurduq. Məhərrəm yoldaşlarına rahat olsun deyə özü həmişə açıq hissədə getməyə çalışırdı. O, həmişə özündən çox ətrafını, yoldaşlarını düşünər, hər zaman yoldaşlarına qarşı xüsusi diqqət göstərərdi. Çox peşəkar, işinin ustası idi. Cəmi 39 yaşı olmasına baxmayaraq, düşüncəli, enerjili insan idi. Övladlarından tez-tez danışar, ən çox kiçik oğlundan, onun dediyi məzəli sözlərdən, etdiyi dəcəlliklərdən bəhs edərdi. Məhərrəmin ən böyük arzularından biri məhz Qarabağ torpağı ilə bağlı idi”.

Siracı təbii ki, daha əvvəl tanıyırdım. Çox gözəl iş yoldaşı, yol yoldaşı idi. Yol yoldaşını, dostunu heç vaxt darda qoymazdı. Onun ən böyük arzusu ailəsi ilə birlikdə doğma Qubadlı rayonunda yaşamaq idi. Təəssüf ki, o Qubadlı rayonunu görsə də, ailəsi ilə birlikdə orada yaşamaq ona qismət olmadı. Vətənpərvər ruhda böyüyən və işində peşəkar olan Sirac fəaliyyətini işğaldan azad edilmiş torpaqlarda davam etdirdiyi üçün qürurlanırdı, fəxr edirdi. Taleyə bax ki, əbədiyyətə də işğaldan azad edilmiş torpaqlarda qovuşdu”.

Məhərrəmlə dəfələrlə hərbi jurnalistlər üçün təşkil olunan təlimlərdə, cəbhəboyu zonalara təşkil olunan ezamiyyələrdə birlikdə iştirak edən jurnalist Vəfa Fərəc deyib: “Məhərrəm mənim üçün dost, qardaş kimi idi və bu, əbədiyyən belə də qalacaq. Hələ də inanmıram, məzarını ziyarət etsəm də, inanmıram. Torpağın üzü soyuqdur deyirlər, amma elə ölümlər var ki, torpaq nə qədər soyuq olsa da, ürəyindəki acının atəşi dinmir. Məhərrəmi tədbirlərdə tanımışdım. Lakin onunla dostluğumuz 2016-cı ilin yayında jurnalistlər üçün təşkil edilən hərbi təlimdən başladı. Yaxşı ki, həmin təlim oldu və mən Məhərrəm kimi mərd, mehriban, sözü-özü bir olan böyükürəkli insanı tanıdım. İmkan olan kimi görüşürdük. Sonuncu telefon danışığımızda “Avqustda gələcəyəm, görüşərik” dedi. Mən də dərhal sitəm etdim: “Ay qardaş, nə avqustu, iyulun 6-da 45 yaşım tamam olur, hamınızı bir yerə yığacağam” dedim. Amma o, mənə imkan vermədi... Özü qabağa düşdü, bütün dost-tanışı, qohum-əqrəbanı başına yığdı. Ölüm xəbərini aldığım dəqiqədən bu yana ürəyimdəki göynərti bir an belə olsa azalmadı. İnsanı bağlayan təkcə qan bağı deyil, həm də can bağıdır. Məhərrəmlə biz qan-qardaş bacısı olmasaq da, can bağı ilə bağlanan bacı-qardaşlığımız vardı. Səninlə bağlı söylənəcək o qədər sözlərim var ki, Məhərrəm. Yatdığın yer yumşaq olsun, əziz qardaşım. Görüşənədək.

Vəfa Fərəc Siracla bağlı xatirələrində onu sakit, utancaq kimi tanıdığını qeyd edib: “Onunla rastlaşdığımızda utana-utana salamlaşardı. Onu digərlərinə nümunə göstərirdim. Doğma rayonu işğaldan azad edildikdən sonra uşaq kimi sevinirdi. Heyf ki, bu sevinci doya-doya yaşaya bilmədi”.

Şəhidlər, Vətənə ləyaqətlə xidmət edənlər nə unudulmur, nə də diqqətdən kənarda qalmırlar. Məhərrəm İbrahimovun və Sirac Abışovun Vətən qarşısında xidmətləri dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildi və onlar 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildilər.

Rahat uyuyun, əziz həmkarlarımız. Siz haqq səsimizi dünyaya çatdırmaq istədiniz. Amma özünüz haqq səsimiz olaraq dünyaya yayıldınız...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib