Haqqın səsi batan deyil
Bakı, 28 mart (AZƏRTAC). Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) oxucularına xalqımızın tarixi, qarşılaşdığı faciəvi hadisələr haqqında müntəzəm məlumat verir.
AZƏRTAC xəbər verir ki, kitabxananın veb-səhifəsində yerləşdirilmiş “Haqqın səsi batan deyil” məqaləsi 1918-ci il martın 31-də azərbaycanlıların soyqırımı hadisələrini əhatə edir. Burada “Daşnaksutyun” Erməni İnqilabı Federasiyası silahlı birləşmələrinin bolşeviklərin dəstəyi ilə Bakıda və ümumiyyətlə, Azərbaycanda dinc əhalini qətlə yetirmələri haqqında geniş məlumat verilmişdir.
Vurğulanmışdır ki, 1918-ci ilin mart soyqırımı yalnız ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq hər il 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]