HARVARDDA İNSAN KLONU YARADILIR
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, ABŞ-ın Harvard Universitetində insan embrionunun dünyada ilk klonlaşdırılmış kötük hüceyrələrinin yaradılmasına dair eksperiment aparılmışdır. Alimlər qarşılarına bəzi təhlükəli xəstəliklərin, o cümlədən uşaq diabeti, qanda genetik pozulmalar, Parkinson xəstəliyi və əslində, sağalmaz sayılan Lu Geriq xəstəliyinin müalicə üsullarını tapmaq məqsədi qoymuşlar. Tədqiqat özəl fondlar tərəfindən maliyyələşdirilir, çünki ABŞ hökuməti belə işlərin maliyyələşdirilməsinə qadağa qoymuşdur.
Tədqiqat uğurla nəticələnərsə, dünya tibb praktikasında yeni səhifə açılacaqdır. Cənubi Koreya alimi Xvan U Suk 2004-cü ildə insan embrionunun kötük hüceyrələrinin klonlaşdırılmasının başa çatdırıldığını bildirmişdi, lakin Seul Universiteti əsaslı yoxlamadan sonra cari ilin yanvarında bu nəticəni saxtalaşdırılmış saymışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [19:55]
Tramp Çinə səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb
- 16.11.2026 [17:42]