Hava dəyişkən buludlu olacaqdır
Bakı, 18 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 9-11, gündüz 16-18 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı ehtimalı vardır. Qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-8, gündüz 12-16, dağlarda gecə 5-9, gündüz 13-18 dərəcə olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]
ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]