HAVA LİMANINDA QARŞILANMA

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İordaniya Haşimilər Krallığına rəsmi səfərə gəlmişdir.
Əmman şəhərinin Marka beynəlxalq hava limanında dövlətimizin başçısını İordaniya Baş nazirinin müavini, maliyyə naziri Ziyad Fariz, xarici işlər naziri Abdul İlah əl-Xətib və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.
Azərbaycan Respublikasının və İordaniya Krallığının dövlət bayraqlarının asıldığı hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.