Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 25 illik yubileyi qeyd edilib

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin yaradılmasının 25 illiyi tamam olub. Bununla əlaqədar, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində yubiley mərasimi keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, mərasimdən əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər güllər düzüb, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirilən təntənəli yığıncaqda giriş sözü ilə çıxış edən idarənin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev rəhbəri olduğu gömrük orqanının yaranma tarixinə, formalaşma dövrünə toxunub, ümumiyyətlə, müasir Azərbaycan gömrüyünün keçdiyi yolun asan olmadığını vurğulayıb.

Məlumat verilib ki, hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ərazi struktur vahidi olaraq fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəsmi qurulma tarixi Binə gömrükxanası ilə bağlıdır. 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi yaradıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 1 iyun tarixli qərarı ilə ölkə ərazisində bir sıra gömrükxanalar təsis olunub. Bu gömrükxanalardan biri də Binə gömrükxanası idi.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə bir çox sahədə önəmli islahatlar aparılıb və köklü dəyişikliklər baş verib. Bu inkişaf prosesində gömrük xidməti də mühüm bir sahə olaraq qəbul edilib və ölkə rəhbərliyi tərəfindən bu quruma xüsusi diqqət və qayğı göstərilib. 1998-ci ilin oktyabrın 27-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu və Əsasnaməsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu Fərman vasitəsilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin təsis edilməsi təsdiqini tapıb. Sözügedən Fərmana əsasən, Dövlət Gömrük Komitəsi sədrinin 1998-ci il 25 noyabr tarixli əmri ilə Komitənin Binə Gömrük İdarəsi yenidən təşkil edilib və onun bazası əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsi yaradılıb.

S.Abduyev bildirib ki, rəhbəri olduğu gömrük orqanı 25 il ərzində mühüm inkişaf prosesi keçib, çətinliklərə baxmayaraq önəmli nailiyyətlər əldə olunub. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ölkənin milli maraqlarının qorunması, dövlət büdcəsinin formalaşması istiqamətində, o cümlədən qaçaqmalçılıqla mübarizə sahəsində mühüm işlər görüb.

Sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin yaradılmasının 25 illiyi münasibətilə bu idarənin kollektivinə ünvanladığı təbrik məktubu oxunub.

Daha sonra çıxış üçün söz alan Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Yaqub Mahmudov vurğulayıb ki, Azərbaycanın dövlətçilik tarixi qədər gömrük ənənələrinin də qədim və zəngin tarixi var. Ən qədim zamanlardan XX yüzilliyin əvvəllərinədək Azərbaycan dövlətlərinin Avropa-Şərq ticarət əlaqələrinin tənzimlənməsində həlledici rol oynadıqlarını diqqətə çatdıran professor 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyimizin bərpa olunması ilə ölkənin yeni gömrük sisteminin formalaşdırılması üçün əlverişli tarixi şəraitin yarandığını qeyd edib.

Y.Mahmudov hazırda müstəqil Azərbaycan Respublikasında dünyanın ən təkmil gömrük sistemlərindən birinin fəaliyyət göstərdiyini, bu müasir gömrük sistemini isə ümummilli lider Heydər Əliyevin yaratdığını vurğulayıb. Diqqətə çatdırılıb ki, bu gün gömrüklə bağlı bir çox mühüm beynəlxalq toplantıların Azərbaycanda keçirilməsi ölkəmizdə gömrük xidməti işinin müasir səviyyəsindən xəbər verir.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev çıxış edərək bildirib ki, 2017-ci il yanvarın 30-da müstəqil Azərbaycan Respublikası ilə həmyaşıd olan Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illik yubileyinin ardından bu gün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin yaradılmasının da 25 illiyinin qeyd olunması sevindirici hadisədir.

Bu gün müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər məkanında mövqeyini möhkəmləndirdiyini vurğulayan Komitə sədrinin müavini qeyd edib ki, bu kursu öz fəaliyyətində rəhbər tutan Azərbaycan Respublikasının gömrük orqanları gömrük işi sahəsində beynəlxalq miqyasda əməkdaşlığın möhkəmləndirilməsində və inkişaf etdirilməsində var qüvvəsi ilə çalışır.

Məlumat verilib ki, hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin infrastrukturu beynəlxalq standartların tələbləri əsasında yenidən qurulub, infrastruktur imkanlarının genişləndirilməsi və maddi-texniki bazanın daha da zənginləşdirilməsi təmin edilib. Ümumi gömrük ərazisi müşahidə kameraları vasitəsilə 24 saat ərzində izlənir, sərnişin zallarında 20-dən artıq, yük terminalında 3, yerlərdə isə 6 monitor quraşdırılıb. Həmin texnoloji avadanlıqlar ən yüksək tələblərə cavab verən, dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan avadanlıqlardır.

Həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində peşəkar gömrük əməkdaşlarının xidmət göstərdiyi, infrastrukturun təkmilləşdirilməsi və potensialın gücləndirilməsinin əsas prioritet kimi qarşıya məqsəd qoyulduğu vurğulanıb.

Qeyd edilib ki, bu gün ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev ölkə gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Gömrük orqanlarının fəaliyyəti ölkə rəhbərliyi tərəfindən hər zaman qiymətləndirilir və gömrükçülər daim diqqət və qayğı ilə əhatə olunur.

Ə.Abdullayev onu da diqqətə çatdırıb ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ölkəmizin iqtisadi təhlükəsizliyi, sərhədlərimizin etibarlılığının təmin edilməsi istiqamətində apardığı nümunəvi xidmət həm də Dövlət Sərhəd Xidməti və "Azərbaycan Hava Yolları" şirkəti ilə qarşılıqlı münasibətlərin işgüzar səviyyədə qurulması, ölkəmiz üçün strateji hesab olunan məsələlər ətrafında bu qurumlar ilə yaradılan işbirliyinin nəticəsidir.

Daha sonra Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin birinci müavini Elmir Quliyev çıxış edərək Azərbaycan Gömrük Xidmətinin inkişaf mərhələlərinin canlı şahidi olması və yaradıldığı andan bu vaxta qədər gömrük sisteminin əsaslı şəkildə necə dəyişərək inkişaf etməsindən söhbət açıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yarandığı ilk vaxtlarda hələ Binə gömrükxanası adını daşıyan, cəmi bir iş otağı və 10-15 nəfər əməkdaşı olan, həftədə 2-3 beynəlxalq reysə gömrük nəzarətini çətinliklə həyata keçirən bir qurumun bu gün 400 nəfərə yaxın əməkdaşı, sutka ərzində 50-dən artıq sərnişin və yük aviareyslərini yola salıb qarşılayan, dördmərtəbəli inzibati binası olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə necə çevrildiyi barədə məlumat verilib.

Çıxışlardan sonra Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrlərinə əsasən, DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına medallar və fəxri fərmanlar təqdim edilib. Eləcə də xüsusi rütbələr verilməsi haqqında Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinin imzalandığı diqqətə çatdırılıb.

Mərasimin sonunda DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib