HAVA ŞƏRAİTİ BULUDLU OLACAQDIR
Bakı, 19 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcəkdir.
Fevralın 21-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 9-12 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında fevralın 20-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, 21-də isə əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 8-12 dərəcə isti, fevralın 21-də temperatur 12-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti təşkil edəcəkdir.
Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişiklikləri meteohəssas insanlar üçün əlverişli olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]