Hava yağıntılı olacaqdır
Bakı, 28 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə müsbət 1-3 dərəcə, gündüz müsbət 5-7 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında tədricən kəsiləcəkdir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə müsbət 1-5 dərəcə, gündüz müsbət 6-9 dərəcə, dağlarda gecə 2-7 dərəcə şaxta olacaq, gündüz 2 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək yüksələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]