HAVA YAĞMURSUZ KEÇƏCƏKDİR
Bakı, 22 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 23-də ölkə ərazisində hava əsasən yağmursuz keçəcək, bəzi rayonlara qısamüddətli yağış yağacağı ehtimalı vardır. Respublika üzrə havanın temperaturu bir dərəcə aşağı düşəcək, şimal-qərb küləyi əsəcəkdir. Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişkənliyi ürək-damar xəstəlikləri olan insanlar üçün əlverişli sayılacaqdır.
Bakıda gündüz 7-9, gecə 4-6, Naxçıvanda gündüz 8-10 dərəcə isti, gecə 0-2 dərəcə soyuq, aran bölgəsində gündüz 10-12, gecə 3-5, dağlıq zonada gündüz 5-7 dərəcə isti, 1-3 dərəcə şaxta qeydə alınacaqdır.
Xatırladaq ki, dekabrın 22-dən etibarən gecələr tədricən qısalacaq, gündüzlər uzanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]