HAVANIN TEMPERATURU 5-8 DƏRƏCƏ AŞAĞI ENƏCƏKDİR
Bakı, 22 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 23-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 8-10, gündüz 13-16 dərəcə təşkil edəcəkdir.
Aprelin 24-də hava şəraiti buludlu olacaq, arabir yağış yağacaqdır.
Havanın temperaturu gecə 8-10, gündüz 13-15 dərəcə olacaqdır.
Azərbaycanın rayonlarında aprelin 23-24-də yağış yağacağı, əsasən axşam və gecə saatlarında bəzi rayonlarda leysan xarakterli olacağı gözlənilir.
Havanın temperaturu gecə 7-11, gündüz 15-17 dərəcə, dağlarda gecə 1-4, gündüz 6-11 dərəcə təşkil edəcəkdir.
Aprelin 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında bəzi rayonlarda leysan xarakterli olacağı, dağlıq və dağətəyi rayonlarda xırda dənəli dolu düşəcəyi ehtimalı var. Temperatur 5-8 dərəcə aşağı enəcəkdir. Bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]