Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hazırda dünyada İİV-lə yaşayan 37.9 milyon insan var

Bakı, 2 dekabr, AZƏRTAC 

Dekabrın 2-də Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Dünya Səhiyyə Təşkilatı (DST) və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birgə dəyirmi masa təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi milyonlarla İİV-li insanla həmrəyliyi nümayiş etdirmək, diskriminasiya və xəstəlik damğasına son qoymaq üçün bir fürsət olan Ümumdünya QİÇS-lə Mübarizə Gününü qeyd etməkdir. DST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı 1988-ci ildə təsis olunan bu günün məqsədinin İİV-ə qarşı mübarizə aparmaq, bu xəstəliyə yoluxmuş insanlara dəstək göstərmək və İİV səbəbi ilə vəfat edən xəstələrin xatirəsini yad etmək olduğunu deyib. H.Harmancı bildirib ki, 1984-cü ildən aşkar olunan virusdan indiyə qədər 35 milyon insan vəfat edib. Bu, xəstəliyin dünyanın ən böyük bəlalarından biri olduğunu göstərir.

“Həm dünyada, həm Azərbaycanda bu xəstəliyə yoluxma halları müxtəlifdir. QİÇS-ə hər kəs yoluxa bilər. Yoluxma hallarını aradan qaldırmaq və bu xəstəlikdən əziyyət çəkənlərə qarşı stiqmanın qarşısını almaq üçün maarifləndirmənin rolu böyükdür. Azərbaycanda bu sahədə görülən işlər təqdirəlayiqdir”, - deyə DST-nin Azərbaycandakı nümayəndəsi qeyd edib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova mərkəzin təsis olunmasından 30 il keçdiyini bildirib. O, bu illər ərzində müəssisənin genişləndiyini və xidmət səviyyəsinin yüksəldiyini qeyd edib: “Biz İİV-in üç yoluxma yolundan birini - anadan uşağa ötürülməsinin qarşısını ala bilmişik. Son 3-4 il ərzində İİV-lə yoluxmuş analardan doğulan uşaqların heç biri bu virusa yoluxmayıb. Ən əsası səylərimiz nəticəsində İİV-in yayılma göstəricisi demək olar ki, eyni səviyyədə qalıb.

Mərkəzin nümayəndəsi Natiq Zülfüqarov "Dünyada və Azərbaycanda İİV/QİÇS-lə əlaqədar epidemioloji vəziyyət və mübarizə proqramları" mövzusunda təqdimatla çıxış edib.

“DST-nin bu ilin iyununda dərc etdiyi məlumata əsasən, hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37.9 milyon nəfər təşkil edir. Onlardan yalnız 24.5 milyonu antiretrovirus müalicə ilə əhatə olunub. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədilə İİV-lə yaşayan hamilələrin 82 faizi antiretrovirus müalicəyə cəlb olunub. Təqribən 8.1 milyon insan bu xəstəliyə yoluxduğu haqqında məlumatsızdır.

İİV/QİÇS problemi Azərbaycanda da aktual problem olaraq daima Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir. Bu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfərdə yeni İİV-ə yoluxma faktı təsdiqlənib. Onlardan 563-ü Azərbaycan vətəndaşı, 29 nəfəri isə əcnəbidir. Virusa yoluxan Azərbaycan vətəndaşlarından 371-i kişi, 192-si qadındır. Dekabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 69.4 faizi kişi, 30.6 faizi qadındır. QİÇS mərhələsinə keçənlərin və bu mərhələdə aşkarlananların ümumi sayı 149 nəfər olub. QİÇS mərhələsində olanlar 1765 nəfər təşkil edir. İİV infeksiyasından vəfat etmiş xəstələrin sayı 1045 nəfərdir”, - deyə N.Zülfüqarov təqdimat zamanı bildirib.

Onun sözlərinə görə ilin 11 ayının sonuna kimi mərkəz tərəfindən qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində qeydə alınıb.

N.Zülfüqarov bildirib ki, 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5741 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 761 nəfərə müalicə bu ilin 11 ayı ərzində tətbiq edilib.

O, həmçinin diqqətə çatdırıb: "Ötən ildən etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV infeksiyasının müalicəsində "Test and Treat" strategiyası tətbiq olunur. Strategiyaya əsasən İİV-ə yoluxması təsdiq olunmuş hər bir vətəndaş qeydiyyata götürüldüyü gündən etibarən antiretrovirus dərmanları ilə təmin olunur. Ümumilikdə, dekabrın 1-dək İİV-lə yaşayan insanların 84.8 faizi antiretrovirus terapiya ilə təmin edilib.

"2016-2020-ci illər üçün İİV infeksiyası ilə mübarizə üzrə Tədbirlər Proqramı"nın icrası üçün Səhiyyə Nazirliyinin Fəaliyyət Planının bütün istiqamətləri üzrə təşkilati tədbirlər davam etdirilib və genişləndirilib. Ölkə əhalisinin İİV statuslarından xəbərdar olması məqsədilə avqustda ölkədə "İİV müayinəsi ilə bağlı Milli həftəlik", noyabrın 22-dən 29-na kimi isə "İİV müayinəsi ilə bağlı Avropa həftəliyi" keçirilib. İİV/QİÇS, sağlam və təhlükəsiz yaşam barədə biliklərin artırılmasına yönəldilmiş maarifləndirici məlumatlar dərc edilib. Əsas diqqət risk qrupları üzərində qalmaqda davam edir. İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədilə ölkə ərazisində 50 stasionar və 12 mobil könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİV-in yayılmasının qarşısını almaq üçün qeyri-hökumət təşkilatları və əlaqəli beynəlxalq qurumlarla iş davam etdirilir".

DST-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Cəvahir Süleymanova Avropada olduğu kimi, Azərbaycanda da İİV-ə yoluxma hallarının qadınlara nisbətən kişilər arasında daha çox müşahidə edildiyini qeyd edib. Onun sözlərinə görə Qərbdə QİÇS halları azalır, amma Şərqdə yoluxmada sabitləşmə qeydə alınır. Lakin İİV-in gecikmiş diaqnostikası problem olaraq qalır. C.Süleymanova 2020-ci il üçün nəzərdə tutulmuş hədəfə nail ola bilmədiklərini də diqqətə çatdırıb. O, hədəfə nail olmaq üçün birgə əməkdaşlığın vacibliyini qeyd edib.

Dəyirmi masa müzakirələrlə davam etdirilib.

Tədbirdə, həmçinin QİÇS-lə mübarizə mərkəzinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün elan etdiyi müsabiqənin nəticələri açıqlanıb. Qalib və digər müsabiqə iştirakçılari təltif olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb VİDEO

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub VİDEO

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb