İQTİSADİYYAT
Hazırda Qazaxıstanın “Nabukko” kəməri ilə nəql etmək üçün kifayət qədər qazı yoxdur
Bakı, 15 aprel (AZƏRTAC). Hazırda Qazaxıstanın “Nabukko” kəməri ilə nəql etmək üçün kifayət qədər qazı yoxdur.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bunu Qazaxıstanın Türkiyədəki səfiri Canseyid Tuymebayev bildirmişdir.
Ölkəsində çıxarılan təbii qazın “Nabukko” kəməri ilə nəql etmək üçün yetərli olmadığını deyən C.Tuymebayev vurğulamışdır ki, ehtiyatlar çox olsa da, bu yöndə istehsal yetərli deyildir. Hazırda 15 milyard kubmetr təbii qaz hasil edildiyini diqqətə çatdıran səfir demişdir ki, onun 10 milyard kubmetri ölkəsinin daxili tələbatını ödəyir, 4-5 milyard kubmetri isə razılaşmalara əsasən qonşu ölkələrə satılır. Əgər istehsal artarsa, “Nabukko” ilə Qazaxıstan qazının nəqli məsələsi araşdırıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]