CƏMİYYƏT
#heçbilirdinizmi? həştəqi altında vətəndaşlar sosial yardımın alınması ilə bağlı məlumatlandırılıb
Bakı, 8 iyul, AZƏRTAC
Prokurorluq orqanları müasir dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı qurumun mətbuat xidməti tərəfindən maarifləndirici slaydların hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunması işi davam etdirilir.
Bu həştəq altında təqdim edilən növbəti slaydlarda və videoda “Sosial yardımın alınması üçün müraciət necə edilməlidir?” mövzusu ilə bağlı vətəndaşlarımıza maraqlı izah verilib.
Slaydları və videonu Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından da izləmək mümkündür.