DÜNYA
Həmişə cavan qalmağın sirri tapılmışdır
Bakı, 24 aprel (AZƏRTAC). Paris Universitetinin alimləri cavan qalmağın vasitəsi qismində meyvə turşuları yox, 60 karbon atomundan ibarət molekulu təklif edirlər.
Bu molekul geodezik sfera olan bakminsterfuklleren və ya bakiboldur.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, fransalı alimlər molekulun zəhərlilik səviyyəsini siçovulların üzərində yoxlamışlar. Bunun üçün onlar siçovulları 1 nəzarət və 2 eksperimental qrupdan ibarət "dəstə"lərə bölmüşlər. Nəzarət qrupundakı siçovullara həmişə olduğu kimi su, ikinci qrupdakılara orqanizmi cavan saxlamaq funksiyası ilə tanınan zeytun yağı, üçüncü qrupdakılara isə tərkibində bakminsterfullerenlər olan yağ verilmişdir.
Nəticədə məlum olmuşdur ki, ilk qrupda siçovulların orta həyat sürməsi 22 ay, ikinci qrupda - 26 ay, 3-cü qrupdakı siçovulların həyat sürməsi isə alimləri heyrətləndirmişdir. Bu siçovullar 42 ay və ya nəzarət qrupundakı həmcinslərindən iki dəfə artıq yaşamışlar.
Alimlər kokteylin cavanlaşdırma funksiyalarını onun antioksidant təsiri ilə izah edirlər. Yəni bakibolalar siçovulların orqanizmlərini zəhərləmək əvəzinə, faydalı təsir göstərmişlər. Daha konkret desək, bakminsterfulleren qocalmanın əsas səbəbi olan turşulaşma prosesini ləngidir.
Fransa alimləri fullenlərdən bədxassəli şişlər və orqanizmdəki neyrodegenerativ xəstəliklərlə mübarizə ilə yanaşı, qocalmaya qarşı effektiv vasitə olacağını hesab edirlər.