Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Həmrəylik içində yaşamaq bütün ölkənin işidir”

Bakı, 30 iyul, AZƏRTAC

“Rossiyskaya qazeta”nın 27 iyul nömrəsində “Azərbaycanskiye isvestiya” nəşri ilə uzunmüddətli birgə layihə çərçivəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Kamal Abdullayevin layihənin rəhbəri Şamil Məcidova verdiyi “Həmrəylik içində yaşamaq bütün ölkənin işidir” sərlövhəli müsahibəsi dərc olunub. AZƏRTAC həmin müsahibəni təqdim edir.

“Qonağımız akademik Kamal Abdullayevdir.

Beynəlxalq ekspertlərin və profil elmi-tədqiqat mərkəzlərinin yekdil rəyinə görə, Azərbaycan harmonik milli-etnik münasibətlərin formalaşdığı ölkə modelidir. Mədəni müxtəlifliyin cəmiyyətin inkişafı və təhlükəsizliyi faktoruna çevrilməsi sahəsində unikal təcrübə toplanıb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akdemiyasının həqiqi üzvü Kamal Abdullayev gənc müstəqil dövlətin bu çox həssas sahədə sanballı uğurlara necə nail olmasından söhbət açıb.

-Azərbaycan Prezidentinin Fərmanı ilə ölkədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti yaradılıb. Bu qərar hansı konseptual mülahizələrə əsaslanıb? Belə dövlət qurumunun yaradılması üçün prinsipial zərurət nədən ibarətdir?

Kamal Abdullayev: Qısaca belə cavab verə bilərəm: xidmətin yaradılması ideoloji müstəvidə bəzi boşluqların doldurulması və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətinin müəyyən dövlət strukturu tərəfindən sistemli şəkildə davam etdirilməsi zərurətindən irəli gəlib. Azərbaycanda istər millətlərarası və dinlərarası münasibətlər, istərsə də multikultural dəyərlər sahəsində əsrlər boyu təşəkkül tapan ənənələr mövcuddur. Onları qorumaq və sistemləşdirmək, ardıcıl inkişafına müvəffəq olmaq çox əhəmiyyətlidir. Ölkəmizin multikultural təhlükəsizliyi kimi müəyyən etdiyimiz özünəməxsus unikal hadisə bunu tələb edir. Əminəm ki, iqtisadiyyat, energetika, ərzaq və digər sahələrdə olduğu kimi, öz multikultural təhlükəsizliyini də təmin etməyə qabil olan dövlətlər bugünkü mürəkkəb siyasi şəraitdə, şəksiz ki, özlərini daha inamlı, daha müstəqil və daha azad hiss edirlər. Azərbaycan bu cür nadir ölkələrdən biridir.

-Azərbaycanın multikulturalizm təcrübəsini geniş yaymaq ideyası artıq müstəqilliyin ilk illərində ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüşdü. Vaxtı gələndə inkişafına güclü təkan verildi. “Azərbaycanda multikulturalizm” anlayışının arxasında nə dayanır? Hansı milli, ictimai-tarixi ənənələr onun parametrləri qəbul edilə bilər?

Kamal Abdullayev: Multikultural əhval-ruhiyyə və multikultural dəyərlərə qayğıkeş münasibət uzun əsrlər boyu Azərbaycan mentallığına xas olan spesifik keyfiyyətdir. Ədəbiyyat tariximiz belə nümunələrlə zəngindir. Dünya şöhrətli şair və yazıçılarımız öz əsərlərində və şəxsi həyatlarında multikultural dəyərlərə bəzən qeyri-iradi əməl edib və bunu adi həyat tərzi kimi qəbul ediblər. İki misal çəkəcəyəm. Dərbənd hakimi yazdığı poemaya görə dahi şair Nizamiyə kəniz hədiyyə edir. XII əsrdə bəxşiş edilən kənizin aqibətini təsəvvür etmək çətin deyil. Bəs şair nə edir? Həmin qıza aşiq olur və onunla evlənir. Əgər hələ XII əsrdə azərbaycanlıya başqa dilin, başqa dinin (təriqətin), başqa adət-ənənənin, başqa sosial durumun daşıyıcısı olan bir qadına belə münasibət xas olubsa, heç şübhəsiz, bunun daha qədim mənəvi qaynağı var. Bu qaynaqlara biz “Kitabi Dədə Qorqud” dastanında təsadüf edirik. Çətin anda oğuz igidinə dayaq və dəstək olan, başqa dinə etiqad edən Trapezund hökmdarının qızı Selcan xatın, müəyyən mənada elə Banuçiçəyin özü və dastanın bəzi digər qəhrəmanları İç Oğuz dünyasının hüdudlarından kənara çıxır, yaxud həmin dünyanın çərçivəsinə sığmırlar. “Yadelliyə” tolerant münasibət bütövlükdə bütün eposa xasdır. Bütün ədəbi tariximiz boyu görürük ki, burada “doğma-yad” sxemi üzrə qarşıdurma ən yumşaq formada təzahür edir, çünki ümumbəşəri dəyərlər azərbaycanlıya milli dəyərlər qədər yaxın və əzizdir.

İkinci nümunə daha yaxın dövrə aiddir. Böyük şairimiz Hüseyn Cavidin çox gözəl “Qız məktəbində” şeirini xatırlatmaq istəyirəm. Şeirin sonunda balaca qız “Başqa sevdiklərin nasıl, yoxmu?” sualına belə cavab verir: “-Var... anam, babam, müəlliməm, bir də bütün insanlar...”. “Bir də bütün insanlar” ideyası bu şeirin mənəvi şəcərəsini Füzulinin poetik dünyası ilə əlaqələndirir. Onun qəhrəmanı Məcnun da Allahdan yer üzündəki bütün insanların qəm-kədərini bir yerə toplayıb onun qəlbinə yerləşdirməyi diləyir. Ümummilli lider Heydər Əliyev xalqının bu tükənməz və möhtəşəm mənəvi sərvətini yeni bir müstəviyə - siyasi müstəviyə keçirdi. Cəmiyyətdə yaşayan, Azərbaycanın ilk Xalq Cümhuriyyəti illərinə təsadüf edən qısa tarixi dövrdə özünü büruzə verən ideallar dövlət müstəqilliyi qəti bərpa olunandan sonra məhz Prezident Heydər Əliyev tərəfindən ciddi və möhkəm siyasi reyslər üzərinə qoyuldu. Dillərə və mədəniyyətlərə münasibət, bilavasitə onun rəhbərliyi ilə işlənib hazırlanmış azərbaycançılıq prinsipləri siyasi sənədlərdə, sərəncamlarda, Konstitusiya maddələrində təsbit olundu. Heydər Əliyev “Azərbaycanda yaşayan hər bir xalqın mənəvi dəyərləri Azərbaycanın ümumi sərvətidir” fikrini bəyan etməklə, praktiki olaraq Azərbaycan gerçəkliyinin müasir və bütün zəmanələr üçün adekvat portretini yaratdı.

- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nisbətən qısa müddətdə çoxsaylı maraqlı tədbirlər keçirilib. Onların ən çox fərqlənənləri barədə danışa bilərsinizmi?

Kamal Abdullayev: Bakı Mərkəzinin həyata keçirdiyi layihələr həqiqətən müxtəlifdir, ən başlıcası isə bir-birini təkrarlamır, tamamlayır. Əlbəttə, onları ümumi bir cəhət birləşdirir: hamısı Prezident İlham Əliyevin əsas məqsəd kimi qarşımıza qoyduğu ideoloji məsələlərin icrasına yönəlib. Mən bu gün ən maraqlı və faydalı layihələr içərisindən “Azərbaycan multikulturalizmi” fənninin universitetlərdə tədris olunmasını xüsusi qeyd edərdim. Artıq yeddi xarici və yeddi yerli universitetdə bu fənnin tədrisinə başlamışıq. Bir o qədər də asan proses deyil. Fənn və onun istiqaməti yeni olduğu üçün layihə də fənnin tədrisi üçün müvafiq mütəxəssislərin hazırlığından tutmuş kurs başa çatandan sonra əcnəbi və yerli tələbələr üçün yay məktəblərinin təşkilinədək bir neçə mərhələni özündə birləşdirir. Buna gələcəkdə həmin tələbələrlə əməkdaşlığın müxtəlif formalarda davam etdirilməsi də əlavə olunmalıdır.

Birinci semestrimiz başa çatıb. İtaliya, Litva, Bolqarıstan, Rusiya, Gürcüstan, Belarus, Çexiya universitetlərinin ölkəmizin multikultural həyatı ilə artıq tanış olan tələbələri üçün yaxın vaxtlarda Azərbaycanda ilk dəfə yay məktəbi təşkil ediləcək. Əlbəttə, Naxçıvan, Gəncə, Lənkəran dövlət universitetlərində, Texniki, Slavyan, İqtisad universitetlərində, Bakı Ali Neft Məktəbində həmin kursu keçən azərbaycanlı tələbələr də bu məktəbdə onlarla bərabər iştirak edəcəklər. Əsas məqsədimiz əcnəbi tələbələrin Azərbaycana marağını məhəbbət hissinə çevirməkdir. Əminəm ki, biz onlarla əlaqəni düzgün, düşünülmüş şəkildə qursaq və davam etdirsək, o zaman bu işin öhdəsindən gələcəyik. Qeyd edim ki, bu layihənin əhəmiyyəti ölkə daxilində də böyükdür. Bizdə tədris planlarına ədəbiyyat, mədəniyyət, psixologiya, dil və tarix məsələlərinin daxil olmadığı profil universitetlərin sayı az deyil.

-Tolerantlıq ənənələrini möhkəmləndirmək üçün ölkənin özündə çox iş görülür, lakin xarici alimlərlə səmərəli əməkdaşlıq əsasında bu sahədə Azərbaycanın təcrübəsini araşdırıb təbliğ edən beynəlxalq tədbirlər xüsusi yer tutur. Bu işin əsas istiqamətləri hansılardır?

Kamal Abdullayev: Azərbaycanda tolerantlıq və multikulturalizm müvəffəqiyyətli model kimi xarici həmkarlarımızın - universitet professorlarının, ictimai-siyasi strukturların nümayəndələrinin diqqətini getdikcə daha çox cəlb edir. Konfranslarda, kollokviumlarda, "dəyirmi masa"larda bu barədə tez-tez danışılır və görürük ki, bu ölkələrdə insanlar Azərbaycanın təcrübəsini öyrənməyə səmimi maraq göstərirlər.

Bununla belə, ölkəmizdə mövcud olan tolerantlıq əhval-ruhiyyəsinə təəccüblənənlər də vardır. Onlar belə bir sual verirlər: Necə ola bilər ki, əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan bir ölkədə müxtəlif konfessiyaların nümayəndələri dostluq, mehribanlıq şəraitində yaşasınlar, bir-birinə dəstək və dayaq olsunlar? Bu sualı özünə və bizə ünvanlayanlar Azərbaycanı daha yaxından tanıdıqdan sonra sualın ritorik olduğunu dərk etməyə başlayırlar. Amma onun konkret cavabı da var: bu, ona görədir ki, dövlət başçısı bütün konfessiyalar arasında heç bir fərq qoymadan onlara tamamilə eyni siyasi münasibət göstərir. Belə yanaşma konfessiyaların bir-birinə normal, səmimi münasibətlərinə kömək edir, eyni zamanda onların dövlətə loyal münasibətini formalaşdırır. Qərb ölkələrinin rəhbərləri özlərində multikulturalizm siyasətinin iflasa uğradığını bəyan etməzdən əvvəl bu vəziyyəti, habelə bu sahədə Azərbaycanın real uğurlarını nəzərə alsaydılar, yəqin ki, öz dövlətlərində multikultural təhlükəsizliyi uğurla yoluna qoya bilərdilər.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xarici ölkələr ilə təcrübə mübadiləsi sahəsində çox iş görür. Udinlərin tarixinə dair italyan alimləri ilə birlikdə İtaliyada keçirilmiş elmi konfrans, Azərbaycanda dini tolerantlığa dair Brandenburq Elmlər Akademiyası ilə birlikdə Almaniyada keçirilmiş konfrans, alman və Azərbaycan multikulturalizm modellərinin müqayisəli təhlili üzrə Auqsburq Universitetində keçirilmiş kollokvium, Londonda, Hərbi Hava Qüvvələrinin qərargahında Azərbaycan multikulturalizminə həsr olunmuş "dəyirmi masa" və bu qəbildən digər tədbirlər, şübhəsiz, ölkəmizin müsbət imicinə yeni çizgilər əlavə edir.

-Multikultural dəyərlərin və tolerantlıq ənənələrinin təbliğində dövlət strukturları ilə yanaşı Heydər Əliyev Fondunun böyük xidməti var. Fondun bu istiqamətdə fəaliyyəti barədə daha ətraflı məlumat almaq istərdik.

Kamal Abdullayev: Doğrudan da Heydər Əliyev Fondunun bu sahədə apardığı iş ölçüyəgəlməzdir. Fondun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva istər ölkənin daxilində, istərsə də onun hüdudlarından kənarda Azərbaycanın müsbət imicini formalaşdıran sistemli konsepsiyanın həyata keçirilməsi üzərində yorulmadan çalışır. Belə bir misal gətirim. Auqsburq qədim tarixi, ənənələri olan, yerli katolik əhalinin üstünlük təşkil etdiyi tipik Bavariya şəhəridir. Biz bu şəhərdə katolik kilsəsinin və müsəlman məscidlərinin nümayəndələri ilə görüşdük. Heydər Əliyev Fondunun, şəxsən Mehriban Əliyevanın Vatikanın mədəni həyatına necə sanballı töhfə verdiyi barədə məlumat alan katoliklər bunu yüksək qiymətləndirdilər və çox təsirləndilər. Müsəlmanlar da belə bir faktdan qürur və sevinc hissi duydular. Bu çox böyük xeyriyyəçilik ciddi ictimai-siyasi fəaliyyət kimi də qiymətləndirilə bilər. Daha bir mühüm istiqamət, zənnimcə, xarici ölkələrdə azərbaycançılıq ideyalarının formalaşdırılması işidir. Deyə bilərəm ki, bir çox işlərimizdə uğur qazana bilmişiksə, bunun üçün ilk növbədə Heydər Əliyev Fondunun fəaliyyətinə borcluyuq, çünki biz öz işimizi sıfırdan başlamamışıq. Əlaqə saxladığımız adamların, bir qayda olaraq, müasir Azərbaycan haqqında, ölkəmizin mədəni-siyasi məqsədləri barədə artıq müəyyən məlumatı vardı.

-Sizin xidmət tərəfindən təşkil olunmuş virtual "dəyirmi masa"ların birində ölkənin multikultural təhlükəsizliyi məsələləri müzakirə edilirdi. Bu yeni anlayış və onun arxasında nəyin durduğu barədə daha geniş məlumat əldə etmək maraqlı olardı.

Kamal Abdullayev: Azərbaycan üçün multikultural təhlükəsizlik çox mühüm faktordur. Onun bir sıra prinsipləri var. Ən mühüm prinsip bütün konfessiyalara, Azərbaycanda yaşayan bütün millətlərə eyni siyasi münasibət göstərilməsidir. Nəticədə onların bir-birinə və hamısının birlikdə dövlətə loyal münasibəti üçün əsas formalaşır. Digər prinsip vətəndaş cəmiyyəti tərəfindən müxtəlif dinlərə və bir-birinə yaxın olan mədəniyyətlərə fəal münasibətin və hörmətin formalaşdırılmasıdır. Onların qorunub saxlanması, öyrənilməsi, inkişaf etdirilməsi dövlətlə yanaşı, əlbəttə ki, Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrinin vəzifəsidir. Lakin multikultural təhlükəsizlik ideyasının inkişafında biz identikliyimizi, mədəni unikallığımızı, nəhayət, sosial-tarixi təcrübəmizi əks etdirən fundamental sərhədlərin mövcudluğunu postulat kimi götürürük.

Bir sözlə, azərbaycançılığın köklü maraqları müəyyən olunur. Ölkəmizin və mədəniyyətimizin dostlarına qarşı nə qədər tolerant olsaq da, sosiomədəni məkanımıza qarşı müxtəlif hücumlar nəzərdən qaçırılmamalı, unudulmamalı və ya tolerant ritorikamızla dəf edilməməlidir. Multikultural təhlükəsizliyimiz "azərbaycançılıq" termini ilə ifadə olunan sosiomədəni təcrübəmizin qorunması, indiki şəraitdə ölkəmizin qlobal aşkarlıq qaydalarını qəbul etməsi zərurətindən qaynaqlanır. Ümummilli lider Heydər Əliyev multikultural təhlükəsizliyin siyasi platformasını hərtərəfli şəkildə işləyib hazırlayıb və onun layiqli siyasi varisi İlham Əliyev bu gün bu işi - sosial-tarixi fenomen kimi respublikamızın əsas işini uğurla davam və inkişaf etdirir".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub