MƏDƏNİYYƏT
“Hər addım uğrunda”
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Silahlı Qüvvələrin zabiti, mayor Vahid Məhərrəmovun “Hər addım uğrunda” nəsr kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə yazıçının özü və sözü haqqında ətraflı danışılıb, yaradıcılığını şərtləndirən amillər vizual təhlil edilib.
Vurğulanıb ki, V.Məhərrəmovun əsərləri çağdaş ədəbiyyatımızda “boyu görünən” əsərlərdəndir. Müharibə, müharibənin ağrı-acıları, mənəvi-psixoloji sarsıntıları, vətənsevərlik əsərlərin başlıca leytmotividir və bunların məhz bu gün yazılması təqdirəlayiqdir.
Natiqlər kitaba daxil edilən hekayələrin, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsində müsbət təsirindən, obrazların dolğunluğundan danışıblar.
Tədbirdə “Hər addım uğrunda” kitabının bədii dəyərindən, ayrı-ayrı hekayələrin mövzu, üslub, dil xüsusiyyətlərindən söz açılıb.