Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hər damlasında həyat var...

Hər damlasında həyat var...

Bakı, 30 iyun, AZƏRTAC 

Son günlər ən aktual mövzulardan biri də Kür çayında suyun səviyyəsinin azalması və kənd təsərrüfatında suya olan ehtiyacın ödənilməsi məsələsidir. Ölkəmizdə müşahidə edilən quraqlıq qışda qarın, yazda yağışların az yağması, havada rütubətin miqdarının aşağı düşməsi nəticəsində baş verir və çaylarda suyun səviyyəsi aşağı enir, suvarma üçün ciddi problemlər yaranır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov deyib: “Su ilə az təmin olunmuş ölkələr sırasına daxil olan ölkəmizin əsas su arteriyası Kür və Araz çaylarıdır. Azərbaycanın su ehtiyatları təqribən 30-31 kubkilometr civarındadır və bunun 70 faizi qonşu ölkələrdə formalaşır. Deməli, ölkəmizin su ehtiyatları qonşu ölkələrdəki suyun bizə gəlib çatması səviyyəsindən asılıdır.

Kür çayının Azərbaycana daxil olduğu Qazax rayonunun Qıraqkəsəmən kəndində bu sahədə müşahidə və ölçmə işləri aparan məntəqə var. Aparılan ölçmələrə görə, 2014-cü ildən indiyədək, yəni son 6 il ərzində həmin məntəqədən Azərbaycana daxil olan Kür çayının suyunun həcmi 25 faiz azalıb. Ölkəmiz beynəlxalq transsərhəd çaylarından istifadə haqqında beynəlxalq konvensiyaya qoşulsa da, təəssüf ki, indiyədək nə Gürcüstan, nə də Ermənistan həmin sənədi imzalamır. Ona görə də onların qarşısında müəyyən bir öhdəliklər yoxdur. Problemin bir səbəbi bundan qaynaqlanır”.

Onun dediyinə görə, Coğrafiya İnstitutunun əməkdaşları, institutun direktoru, akademik Ramiz Məmmədovun iştirakı ilə iyunun 10-12-də Neftçala və Salyan rayonlarında Xəzərin Kürə doğru irəliləməsi məsələsini araşdırıblar. M.Həsənov bildirib ki, artıq Surra məntəqəsinə qədər 60 kilometrlik məsafədə Xəzərin suyu açıq-aydın hiss olunur və əhali bundan çox böyük zərər çəkir: “Çayın gətirdiyi böyük miqdarda asılı maddələr Kürlə Xəzərin arasına, yəni deltaya yığılaraq müəyyən hündürlük əmələ gətirir. Küləkli havada Xəzərin suyu həmin hündürlüyü aşaraq Kürün yuxarılarına doğru irəliləyir. Prosesin başlanğıcı güclü küləklər vasitəsilə olub və çayın suyu azaldığına görə həmin suyu Xəzərə qaytarmağa gücü çatmır. Mövcud vəziyyətin digər səbəbi Kürdə suyun səviyyəsinin azalmasıdır. Suyun miqdarı azaldıqca axının sürəti də təbii olaraq azalır və Xəzərdən oraya gələn suyu geri qova bilmir. Çıxış yolu təcili surətdə Kür çayının deltasının təmizlənməsidir. Orada olan stasionar gəmilər Kürün deltasına yığılan lili sovurur, suya qarışdırır və o, axıb gedir. Bu, çayın gur sulu vaxtlarında daşqınlara da səbəb ola bilər. Ona görə də Xəzər dənizinə qovuşan yerdə Kür çayının deltası təmizlənməlidir.

Kürdə suyun səviyyəsinin aşağı düşməsinin bir səbəbi də qlobal iqlim dəyişikliyidir. Proses ölkəmizdə də özünü büruzə verir. Son 25-30 ildə havanın orta illik temperaturu 0,6-1,5 dərəcə yüksəlməsi təbii ki, buxarlanmanın artmasına səbəb olur. Bir neçə ildir ki, Azərbaycana qar çox az yağır, orta, alçaq dağlıq və düzən ərazilərə demək olar ki, yağmır. Əsasən yüksək dağlıq hissələrə yağan qar çayların əsas su mənbəyidir. Qar yağmırsa, deməli, su mənbəyi də azalır. Ötən əsrin 70-ci illərində aparılan ölçmələrə görə, Bazardüzü, Şahdağ, Tufandağ, Bazaryurd kimi hündür zirvələrdə ümumi sahəsi 6,8-7 kvadratkilometr olan daimi buzlaqlar çayların qidalanmasında çox böyük rol oynayırdı. Təxmini hesablamalara görə, indi həmin buzlaqların sahəsi yarıya qədər azalaraq 4-5 kvadratkilometr civarında qalıb.

Kür çayı ilə yanaşı, digər çaylarda da suyun səviyyəsi azalır. Çayların əksəriyyəti Böyük Qafqazın cənub yamaclarından başlayır. Əgər qar yağmırsa, çayların suyu azalacaq. Təbii təsirlərlə yanaşı, antropogen amillər də çayların sululuğunun azalmasına səbəb olur. Kiçik çayların yuxarı axınlarında kiçik anbarlar tikilərək ehtiyat su toplanılaraq ondan suvarma məqsədilə istifadə olunur və bu, antropogen amil sayılır. Su qıtlığını aradan qaldırmağın bir yolu da ondan qənaətlə istifadə etməkdir. İri müəssisələrdə tullantı sularını təmizlədikdən sonra ondan texniki su kimi istifadə etmək haqqında düşünmək lazımdır. Bir sözlə, elə etmək lazımdır ki, hər damlası həyat mənbəyi olan su ilə əlaqədar təsərrüfat işlərində və məişətdə çətinlik yaranmasın”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub

Böyük Britaniya Aİ ölkələrindən olan tələbələr üçün təhsil haqlarını azaltmağa hazırlaşır

Cənubi Koreyada imtahanda süni intellektdən istifadə edənləri xəbər verənlər 75 min dollar mükafat alacaq

Dünya Çin Dili Konfransında Azərbaycanda Çin dilinin tədrisinə dair məruzə dinlənilib

YAP nümayəndə heyəti Rusiyada keçirilən beynəlxaq tədbirdə iştirak edib

Qarabağ və Şərqi Zəngəzurun bərpası: dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı və regional sülh gündəliyi ŞƏRH

Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir

VK: Təəssüflər olsun ki, bəzi vəkillərin saxlanılması ilə bağlı məlumatların mediada ictimaiyyətə təqdim edildiyini müşahidə edirik

Qarabağda CİS və Yerin Məsafədən Müşahidəsi texnologiyaları ilə layihələr reallaşdırılır – MÜSAHİBƏ

Böyük Britaniyanın yenidən Avropa İttifaqına üzvlüyünə dair çağırış edilib

Azərbaycan Mərkəzi Asiyanın Qərbə çıxışında mühüm nəqliyyat-logistika qovşağına çevrilir - ŞƏRH

Yerjan Mukaş: Şuşa “Turizm paytaxtı” kimi çox gözəl tədbirlərə ev sahibliyi edib VİDEO

Yerjan Mukaş: Şuşa “Turizm paytaxtı” kimi çox gözəl tədbirlərə ev sahibliyi edib VİDEO

Avropada yeni sərhəd nəzarəti sistemi britaniyalılar üçün ciddi problemlər yaradır

Kənan Quluzadə: Bu ilin əsas fəlsəfəsi Şuşanın turizm imkanlarını dünyaya tanıtmaqdır VİDEO

Kənan Quluzadə: Bu ilin əsas fəlsəfəsi Şuşanın turizm imkanlarını dünyaya tanıtmaqdır VİDEO

ANAMA sədri Brüsseldə mühüm görüşlər keçirib: minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlıq genişlənir

Balakəndə aqrar sektorun inkişafı istiqamətində bir neçə layihə icra olunur

DİN-dən irimiqyaslı əməliyyat: 104 kiloqram narkotik ələ keçirilib, 8 nəfər saxlanılıb VİDEO

DİN-dən irimiqyaslı əməliyyat: 104 kiloqram narkotik ələ keçirilib, 8 nəfər saxlanılıb VİDEO

AQTA-da uşaqlar üçün əyləncəli və maarifləndirici gün

Nəğmələrdə yaşayan ömür: Bəstəkar Oqtay Rəcəbovun 85 illiyi qeyd edilib

“E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi xidmətləri ilə bağlı 3015 şikayət daxil olub

Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşı Azərbaycanda saxlanılaraq ölkəsinə təhvil verilib

Lətif Kərimovun 120 illiyi münasibətilə yeni kitab təqdim olunub

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib VİDEO

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib VİDEO

Böyük Qayıdışdan regional sülhə: Azərbaycan postmüharibə dövrünün yeni reallıqlarını formalaşdırır – ŞƏRH

Səudiyyə Ərəbistanı enerji sahəsində razılaşmaların əldə olunmasına maneçilikdə ittiham edilir

Xəzər dənizinin səviyyəsinin 2050-ci ildən sonra yüksəlməsi ehtimal olunur

Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib

Avropa Mərkəzi Bankı avrozonada maliyyə riskləri ilə bağlı xəbərdarlıq edib

AzTU Fənlərarası Elm Reytinqdə yer alıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində nümunəvi tələbələrin valideynləri mükafatlandırılıb VİDEO

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində nümunəvi tələbələrin valideynləri mükafatlandırılıb VİDEO

DİM dövlət qulluğu üzrə imtahan verəcək namizədlərə müraciət edib

® “Birbank”ın “Böl-ödə” krediti ilə 15 min manatadək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

CECECO Türkiyənin Külək Enerjisi Assosiasiyası ilə memorandum imzalayıb

Ayxan Abbasov: Yeni müqavilə məsələsini AFFA rəhbərliyi ilə müzakirə edəcəyik

Azərbaycan Qazaxıstanla aqrar sahədə təcrübə mübadiləsi aparıb

İlk dəfə yığmaya dəvət alan futbolçu: Kumirim Kriştianu Ronaldudur - MÜSAHİBƏ

Konqoda Ebola epidemiyası rekord sürətlə yayılır və ölüm halları artır

Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir

Hacı İsmayılov: Teatr Xadimləri İttifaqının əsas məqsədi Azərbaycan teatrının inkişafına töhfə verməkdir

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB VİDEO

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB VİDEO

Antalya hava limanında Azərbaycanın Türkiyəyə qardaşlıq dəstəyini əks etdirən əsər diqqət çəkir

Sankt-Peterburqda Azərbaycan dili və müasir nəsrinə dair kitablar təqdim olunub

Milli Azərbaycan Tarixi Muzeyində Nadir şah dövrünün əyanlarına məxsus çəpkən qorunur

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub

Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba xəbərdarlığı edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Xəzər regionu ilə Avropa arasında yaşıl enerji körpüsünə çevrilir - AÇIQLAMA

Ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün imtahana qeydiyyat elan olunur

CECECO və ECOSF təmiz enerji sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalayıblar

Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

İqtisadiyyat nazirinin Ağcabədidə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

COP31-in rəngarəng anları FOTOLARDA

“Bursaspor”: Toral Bayramova bir neçə ölkədən təkliflər var - EKSKLÜZİV

Qədim Bərdənin zəngin tarixi və memarlıq incisi – “Allah-Allah” türbəsi

“Şuşa - İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilir

Azərbaycan və macar dillərində ifa olunan “Pəncərə” mahnısına videoklip çəkilib VİDEO

Azərbaycan və macar dillərində ifa olunan “Pəncərə” mahnısına videoklip çəkilib VİDEO

Bakının ruhunu yaşadan memarlıq inciləri - FOTOREPORTAJ

İordaniyada helikopter qəzasında beş zabit xəsarət alıb

İnformasiya Texnologiyaları İnstitutunda şagirdin süni intellekt və IoT əsaslı layihəsi təqdim olunub

Mərkəzi Bankın nümayəndələri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

“AzerGold”un bölgələrdə formalaşdırdığı qabaqcıl KSM təcrübəsi Balakəndə də tətbiq ediləcək

Əyyub Quliyev: Beynəlxalq musiqi platformasında Azərbaycanı təmsil etmək qürurverici idi

AVRO-2028: Azərbaycan millisinin rəqibləri ilə bağlı səfər məhdudiyyətləri müəyyənləşib

Professor İsmayıl Məmmədlinin 80 illik yubileyi qeyd olunub

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir

Peşə Təhsili Forumu: Əmək bazarının yeni tələbləri və insan kapitalı

Botanika İnstitutu: Xarıbülbülün təbii mühitindən çıxarılması onun məhvinə səbəb ola bilər

Fransada etirazlar başlayandan 7184 nəfər polis nəzarətinə götürülüb, 466 etirazçı həbs olunub

BDU-nun nümayəndə heyəti Astanada III Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edir

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub

Azərbaycan idmançıları muaytay üzrə dünya çempionatında üç medal qazanıblar

Bakının Sabunçu rayonunda evlərdən oğurluq edənlər saxlanılıblar

Sumqayıt Sənaye Parkında karton və kağız tullantılarının təkrar emalı müəssisəsi yaradılacaq

“Aston Villa” Amadu Onana ilə yeni müqavilə imzalayıb

Hesablama Palatasının növbəti il büdcəsinə dair məlumat ölkədə ilk dəfə nəticəəsaslı büdcə prinsipləri əsasında təqdim olunub

Zərərli qidalar uşaqların zehni sağlamlığına və idrak qabiliyyətinə mənfi təsir göstərir

Ekspert: COP31-in iqlim maliyyələşdirilməsi gündəliyi tamamilə bloklanıb

Azərbaycan Avropa ilə regional və regionlararası əməkdaşlığın mühüm tərəfdaşıdır - ŞƏRH

Mərkəzi Bank “ROX Capital Group” ilə gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıb

Qərbi Kaspi Universiteti beynəlxalq reytinqdə mövqeyini möhkəmləndirir

NASA-nın “Voyager-1” zondu kosmosda 49 il ərzində 26 milyard kilometr məsafə qət edib

Hava limanında itmiş baqajların izi ilə: Əşyalar sahiblərinə necə qaytarılır? - REPORTAJ VİDEO

Hava limanında itmiş baqajların izi ilə: Əşyalar sahiblərinə necə qaytarılır? - REPORTAJ VİDEO

Böyük Britaniyada onlarla xərçəng xəstəsinə illərlə normadan artıq kimyaterapiya tətbiq edilib

“Real Madrid” Arda Güler ilə müqavilənin müddətini uzadıb

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib

Süni intellekt dövrünün yeni bölgüsü: texnoloji elita formalaşır, işsizlik riski artır VİDEO

Süni intellekt dövrünün yeni bölgüsü: texnoloji elita formalaşır, işsizlik riski artır VİDEO

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

® “PlayStation 5” udmaq istəyirdi, “Changan Q07” qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının qalibi danışdı

Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər

“Globe Soccer Awards” 2026-cı il üzrə ən yaxşı futbolçu mükafatına namizədləri açıqlayıb

DİM aqrar sığorta fəaliyyəti üzrə ekspert imtahanı keçirib: 9 nəfər uğur qazanıb

Aksiyalardan yorulan Fransa polisi mövcud vəziyyətə etiraz edir

Ekspert: Nəqliyyat vasitələrinin texniki vəziyyəti daim diqqətdə saxlanılmalıdır

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan postmüharibə dövrünü yeni intibah mərhələsinə çevirib – ŞƏRH

Azərbaycan millisi FIFA reytinqində mövqeyini yaxşılaşdırıb

bp ilə Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı barədə fikir mübadiləsi aparılıb

Qazaxıstan “Aral-Xəzər” nəqliyyat dəhlizi layihəsini təqdim edib

Britaniyada enerji xərclərinin illik 443 funt sterlinq artacağı proqnozlaşdırılır