Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hər yaz çiçəklər açanda...

Bakı, 3 aprel, AZƏRTAC

“Ot kökü üstə bitər”,- deyiblər.

Onun babaları, əmiləri hərbçi olublar.

Atasının babası Mirzə Böyük Vətən müharibəsində 6 il döyüşüb və onun döyüş yolu Berlinədək uzanıb.

Böyük Vətən müharibəsi illərində anasının babası Ağaverdinin 70-dən yuxarı yaşı olmasına baxmayaraq, Giləzidə dəmir yolu stansiyasında bələdçi işləyib və xidmətlərinə görə “Lenin ordeninə” layiq görülüb.

Əmisi Lətif sovet ordusunun tərkibində Əfqanıstanda aparılan müharibədə iştirak edib. Onun baş leytenant olan digər əmisi Yaşar isə ötən əsrin 90-cı illərinin əvvəlində avtomobil qəzasında həyatını itirib.

Ravil belə bir ocaqda böyüyüb, belə bir nəslin nümayəndəsi olub.

Anası Nargilə AZƏRTAC-ın müxbiri ilə söhbətində oğlu ilə son görüşü xatırlayır: “O, heç vaxt bizə sirr verməzdi. Soruşanda ki, işdə nə ilə məşğul olursan? Deyirdi ki, dərs keçirik, idman edirik. Mən də arxayın olurdum. Amma heç ağlıma da gəlməzdi ki, döyüş hazırlığı keçir, hərbi biliklərə yiyələnir...

Axırıncı dəfə onu evdən yola salanda səhər saat 6 idi. Darvazaya qədər getmişdi, yolun yarısından qayıdaraq cibindəki bankomat kartını çıxarıb mənə verdi və “Al bunu saxla”,- dedi. Götürmək istəmədim: “Ay bala, sənin pul kartını neynirəm?”. “Ay ana, otaqlar üçün qapılar sifariş vermişəm, pulun yarısı qalıb, birdən qapını gətirəndə məni evdə tapmazlar. Ona görə kartdan pulu çıxarıb ustaya verərsiz”. Yenə də heç nə başa düşmədim. Sən demə, Ravil hara gedəcəyini özü bilirmiş. Amma onu heç vaxt yolundan saxlamaq mümkün deyildi. O, Vətəni hər şeydən çox sevirdi. Hətta doğma ailəsindən də...”.

Ailədə üç qardaş, bir bacı olublar. Ravil bacısı Aygünü daha çox istəyib, hər dəfə gələndə ona hədiyyə bağışlayıb. Bir il əvvəl bacısının ad günündə ona qızıl boyunbağı və üzük hədiyyə edib. Aygün deyir: “Cəbhəyə yola düşməmişdən əvvəl evə gəlib yol çantasını yığdı. Çantaya sabun, şampun, təmiz paltarlar qoydum. Paltarlarını dəyişəndə cibindəki xırda pulları çıxarıb, mənə verdi. Hara getdiyini soruşanda təlimlərə getdiyini, üç-dörd günə qayıdacağını dedi”.

Nargilə xanım döyüş əməliyyatları başladığını aprelin 2-də qızı Aygündən eşidib: “Ürəyim qırılıb ayaqlarımın altına düşdü. Ravilə zəng etdik, çatmadı. Narahatlığım lap çoxaldı. Kəndimizin cavanlarından xüsusi təyinatlı dəstədə təlim keçənlər var idi, onların evlərə gedib soraqlaşdım. Dostu Xaliqgilin qapısını döydüm. Onun ayağından yaralanıb hospitalda yatdığını dedilər. Öyrəndik ki, Xaliqi döyüş meydanından o çıxarıb, yenidən mövqeyə qayıdıb”.

Ravil Novruzov 2004-cü ildə ordu sıralarında hərbi xidmətdən qayıdandan sonra iki il Sumqayıtda şirkətdə mühafizə xidmətində işləyib. Sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qoşulub. Atası Elman onun uşaqlıqdan hərbçi olmağa həvəsi olduğunu, evdə əmisinin hərbi formasını geyinib gəzdiyini xatırlayır, çox diqqətli, hər xırda detala fikir verən gizir olduğunu deyir: “Bir dəfə qış vaxtı o, 12 nəfər əsgərlə birlikdə tapşırıq ardınca gedib. Yolda qar üstündə xırda izlər görən Ravil yoldaşlarını irəli getməyə qoymur. Əsgər yoldaşları çox təkid etsələr də, o, qar üstündəki izlərdən şübhələnir. Axtarış nəticəsində Ravilin şübhəsi düz çıxır. Onlar yerə basdırılmış minaları tapıb zərərsizləşdirəndən sonra yollarına davam edirlər”.

2016-cı il aprelin 2-də isə Aprel döyüşləri zamanı Talış kəndində ermənilərin mühasirəsinə düşüblər. Döyüş yoldaşları həmin vəziyyətdə də onun çox böyük cəsarət və fədakarlıq göstərdiyini xatırlayırlar. O, pusqudan birinci çıxaraq güllə yağışı altında düşmənin mövqe tutduğu səngərə doğru irəliləyib, əvvəlcə qumbara ataraq bir neçə erməni quldurunu məhv edir. Həmin vaxt səngərdən çıxan erməni əsgəri ilə eyni anda bir-birini hədəfə alırlar. Özü şəhid olsa da, son atəşi ilə də qisas alıb...

O, bu yolu özü seçmişdi. Ya şəhid, ya da ki, qazi olmaq üçün...

Aprelin 4-də Ravil Novruzov doğulduğu Xızı rayonunun Giləzi kəndində torpağa tapşırılıb.

O, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif edilib.

Nargilə xanım Ravilli xatirələrdən ayrıla bilmir: “29 yaşı var idi. Özümə söz vermişdim ki, vaxt keçir, gərək onu evləndirim. Həmişə evlənməkdən söz düşəndə deyirdi ki, Mirzəni evləndirin. Deyirdim axı, sən böyüksən, əvvəl sən evlən. Razılaşmırdı.

Evdə ondan yadigar qalan əsgər geyimi, ətirlər var. Hərdən onun iyi burnuma gəlir. Özüm də məəttəl qalıram ki, bu iy haradan gəlir. Elə bilirəm ki, bu saat qapıdan girəcək. Gedib paltarlarını, əşyalarını qoxulayıram. Paltarlarından onun ətri gəlir...”.

Ravil şəhid olandan sonra Mirzə qardaşının yolu ilə gedib, hərbçiliyi seçib. Artıq ailə də qurub, Ravil adlı oğlu da var.

...Hər il yaz gələndə Ravilin həyətdə öz əlləri ilə əkdiyi ağaclar çiçək açır, tumurcuqlayır. Ağ-qırmızı çiçəklər həyətə özgə bir yaraşıq verir. İndi onun canını qurban verdiyi Vətən torpaqları da işğalçılardan azaddır. Sanki onun arzuları da həyətdə çiçəkləyən ağaclar kimi çiçək açır...

Özü bu günləri görməsə də...

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb