Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hər zaman mənimlə qalacaq bayram

Hər zaman mənimlə qalacaq bayram

Bakı, 10 may, (Aynur Bəşirli) AZƏRTAC

Heminquey Paris üçün belə deyirdi. Deyirdi ki, əgər sənin bəxtin gətiribsə, gəncliyində Parisdə yaşamısansa, onda sonralar harada yaşamağından asılı olamayaraq, o hər zaman səninlə olacaq, çünki Paris hər zaman səninlə qalacaq bayramdır. Mənim ömrümün Parisi 19 il bundan əvvəl başladı, altı il davam etdi və nə qədər ki, Allah yaddaşımı əlimdən almayıb, o, mənimlə qalacaq. Mənim ömrümün Parisi - mənimlə qalacaq bayramım…

Bu yazına Sizə həsr edirəm, cənab Prezident (mən Sizə ancaq belə müraciət edirdim), mənə bitməyən bir bayram bağışlayan İNSANA… Bu yazını oxucuya yox, Sizə ünvanlayıram.

İlk dəfə Sizinlə Pakistandan qayıdanda təyyarədə söhbət etdik. Adətiniz üzrə (mən bunu sonra bildim) qadın jurnalistləri və deputatları yanınıza dəvət etdiniz. Masanın üstündə o zamanlar Bakıya hələ gəlib çatmamış, ölçüsü adamı çaşdıran iri çiyələklər vardı. Zarafarla: “Yeyin, - dediniz, - Bakıda beləsini tapmayacaqsınız”. Mən dəstədə təzə idim. Kim olmağımla maraqlandınız. Dedim ki, siz mənim uşaqlığımın qəhrəmanı olmusunuz. Açıqlama vermədim. Amma indi verirəm. Mənim uşaqlığım 80-ci illərə - Azərbaycanın İttifaqa, böyüdüyüm Cəlilabadın isə respublikaya səs saldığı bir zamana düşüb. O illər Siz rayonumuza gəlmişdiniz, Leonid İliç isə Bakıya. Sizin gəlişiniz təkcə rayonun həyatında deyil, həm də bizim uşaqlıq oyunlarımızda izsiz ötüşmürdü. Mən rus rəfiqəm Sveta ilə qonaqları - qəhrəmanları öz aramızda bölmüşdük. Şübhəsiz, mən Sizi seçmişdim. Bu yerdə Vaqif Səmədoğlunun uşaqlıq assosiasiyalarının sonralar böyüdükcə bizim üçün nə dərəcədə önəmli, həlledici olmağı barədə fikirləri yadıma düşür. Doğrudan da, təyyarədəki ilk söhbət zamanı birdən-birə uşaqlığım, daha doğrusu, uşaqlıq assosiasiyam öz işini gördü. Sonra Sizdən əlamətlərə inanıb-inanmadığınızı soruşdum. Bir də maraqlandım ki, 24 yaşınız olsa idi, nə edərdiniz. Onda Elmira Əmrahqızı köməyimə çatdı, izah etdi ki, Aynurun 5 gündən sonra 24 yaşı tamam olur. Siz mənə dünyanın ən səmimi və ən şirin cavabını verdiniz. O söhbətdən yadımda ən çox qalan bu oldu ki, mən heç sıxılmadım. Bu, Sizin böyüklüyünüzdən irəli gəlirdi. Siz məni həmin gündən auranıza saldınız…

Pakistanda qəribə bir hadisə də olmuşdu. Biz Gəncə ilə qardaşlaşan Lahorda dünyanın ən böyük məscidlərindən birinə - Badi-Şahi məscidinə gedirdik. Kortecin ardınca hərəkət edən avtobusdan düşən kimi Sizdən aralı düşməmək üçün adətim üzrə çantamı qoltuğuma vurub qaçdım. Birdən sanki özüm-özümü uzaqdan gördüm. Mənə elə gəldi ki, bu səhnəni haçansa yaşamışam. İllər öncəsi məktəbdə oxuyarkən sinif yoldaşlarıma “Mən jurnalist olub dünyanı nümayəndə heyətləri ilə gəzəcəyəm,” - deyəndə. İndi bu sadəlövh arzum gerçəyə çevrilmişdi… Biz Badi-Şahini gəzirdik. Mən fotolar çəkirdim. Son kadr Badi-Şahinin payına düşdü. İki gün sonra “Günay” qəzetinin ilk səhifəsində “Pakistan kadrda və kadr arxasında” adlı yazım bu sözlərlə bitəcəkdi: “İlk kadrda Çünəş, son kadrda Badi-Şahi. Bu səfərin xeyir-duasını Allah vermişdi”. Mən onda sonadək anlamasam da, bilirdim ki, xəyalları gerçək edən Allahdır. Duyurdum ki, həyatımda yeni bir səhifə açılır və o səhifənin müəllifi Sizsiniz. Ömrümdə ilk dəfə idi ki, əlimə fotoaparat alırdım. Dəstədə bir fotoqraflar şəkil çəkirdilər, bir də mən. Fotojurnalist kimi ilk təcrübəmin 36 kadrından 11-də Siz vardınız. 11-i də normal şəkillər idi. Bakıya gələndən sonra birdən yadıma evimizdə Sizin rayonumuza səfərinizə həsr olunmuş ağ-qara şəkilli qırmızı cildli iri albom düşdü. Fikirləşdim ki, niyə mən belə bir albom düzəltməyim? “Günay” qəzetinin baş direktoru İlham Əmiraslanovla birlikdə albom seçdik, birlikdə şəkilləri səliqə ilə yapışdırdıq. Sonra yazını da albomun üstünə qoyub köməkçinizdən xahiş etdim ki, Sizə çatdırsın…

Sonralar biz hər səfərdən Sizə albom düzəldib verəcəyik. Bu bir adət olacaq və bir gün elə təyyarədəcə dediniz ki, albomlara baxırsınız. Bilirsinizmi bu sözlər mənə necə qanad verdi? Mən hiss edirdim ki, Siz şəkillərə də baxmağa vaxt tapırsınız, yazıları oxumağa da. Belə olmasa idi…

Lüksemburqdan qayıdırdıq. Yenə də təyyarədə bizimlə söhbət edirsiniz. O zamanlar artıq bir il idi ki, mən Sizin tədbirləri gecəli-gündüzlü “Günay” qəzeti üçün işıqlandırırdım. Yadımdadır ki, 1995-ci ilin mayından “Günay”ın Prezident Aparatı üzrə müxbiri təyin olunduğum gündən bir həftə sonra başa düşdüm ki, yaddaşım nə qədər güclü olsa da, Sizin görüşlərinizin sayını itirməmək üçün mütləq bir gündəlik tutmalıyam. Əslində, bu gündəlikdən də çox “bir cümlə - bir xəbər” üslubunda yazılan xronika idi. Ay tamam olanda gördüm ki, əlimdə əməlli-başlı bir material toplanıb. Prezidentin fəaliyyətinin aylıq xronikası. Beləcə, “Günay” hər ayın son günündə Prezidentin fəaliyyətinin aylıq xronikasını verməyə başladı. Bir-iki aydan sonra şöbə redaktorum Valid Sənani belə bir ideya verdi : “Bu xronikanı topla kitab et”. Kitabın razılığı Sizdən alınmalı idi. Bax onda Lüksemburqdan gələndə Sizdən icazə istədim. Soruşdunuz ki, o xronikaları sən hazırlayırsan? Demək, xronikadan xəbəriniz vardı. Mən onda əmin oldum ki, zənnimdə yanılmamışam. Çünki bunu zənn etməyə əsas olan daha bir hadisə baş vermişdi.

1996-cı il martın 1-i. Bizə xəbər verdilər ki, axşam Kirxada Toğrul Nərimanbəyovun konserti var, Prezident oraya gedəcək. Kirxaya çatanda gördüm ki, siyasi hadisə olmadığı üçün rəsmi agentliklərdən başqa, jurnalistlərdən gələn yoxdur. Siz gəldiniz. Konsert gözəl keçdi. Konsertdən sonra mən maşınsız idim deyə Prezident Aparatının maşınına məni dəvət edən həmkarlarıma etiraz etməyib onlarla bir yerdə yola düzəldim. Birdən Bülbül prospektində kortec dayandı. Hamı sürətlə maşından çıxıb Siz gedən istiqamətdə qaçmağa başladı. Mən də maşından nə vaxt çıxdığımı bilmədim. Mühafizənin mənimlə işi yox idi, yol açıq idi və bu yol bizi o zamanlar şəhərdə yeganə modern mağaza olan “Kontinental”a aparırdı. Mən mağazaya girəndə Siz sakit bir tövrlə gəzirdiniz, mallara baxırdınız, satıcıya sual verirdiniz. Birdən gözünüz “Kinder sürpriz”ə sataşdı. Şəkilli folqaya bürünmüş yumurta Sizə qəribə gəldi. Əlinizə götürüb baxdınız, maraqlandınız ki, bu nədir. Sonra yumurtanı qoydunuz yerinə. Siz bir qədər aralanan kimi mən həmin yumurtanı götürüb, kassaya yaxınlaşdım…

Sonra Sizin Nizami küçəsi ilə gecə gəzintiniz başladı. Paralel istiqamətdə insanlar sizə doğru axışırdılar və yavaş-yavaş irəliləyən bir izdiham yaranırdı. Nizami və Səməd Vurğun küçələrinin kəsişdiyi yerdə Sizi müşayiət edən general Bəylər Əyyubov birdən əlimdəki “Kinder”i görüb öyrəndi ki, bayaq Sizin seçdiyiniz yumurtadır. Sizə yaxınlaşdı, məni - “Günay”ın gənc müxbirini təqdim etdi. Mən də Sizə “Kinder sürpriz”dən danışmağa başladım. Həmin anı əks etdirən foto çəkdiyinə görə, Rafiq Bağırova dünyalarca minnətdaram. Sonra mühafizənin dairəsi daraldı. Paralel irəliləyən insan dənizi bir anda Sizi bu dənizdə bir adaya çevirdi. Sizi salamlayan kim, sual verən kim, biri İrandan, biri Turandan… O gecədən bir reportaj yazdım. Adını “Kinder sürpriz”lə bağladım. Amma yazı “Kinder sürpriz”dən yox, həyatın sürpizindən - Sizin insanlarla gecə görüşünüzdən idi. Sizə yaxınlaşanların içində yeniyetmə bir qız vardı, ağlayırdı. Atasının mart hadisələri zamanı günahsız yerə tutulduğunu deyib, xahiş edirdi ki, onun işinə yenidən baxılsın. Bütün bunlardan “Günay”ın oxucuları səhəri gün xəbər tutdular. Bir müddət sonra isə yazıda adıçəkilən, işinə yenidən baxılan hərbçi azadlığa buraxıldı. İllər keçsə də, hər dəfə mən tələbələrimə jurnalistikanın məkansız və zamansız olduğunu deyəndə bu misalı çəkirəm. Biz, jurnalistlər, heç zaman bilməyəcəyik ki, xəbər harada, nə zaman yaranacaq. Həmin gecə olduğu kimi. Amma bundan da önəmli olan xəbəri yaradanlardır. Sizin kimi. Siz olduğunuz yerdə hər zaman nəsə baş verə bilərdi. Siz mənim üçün kommunikasiyanın Şahı idiniz və Şahı olaraq qalırsınız. Kommunikasiya təkcə dillə, nitqlə olmur. Nitq ikincilidir. Nitqə qədər bizim hamımız qarşımızdakı insanla təmas nöqtələrimizi təhtəlşüurda ölçüb-biçirik, fikirləşirik ki, deyək, ya deməyək, ünsiyyət quraq, ya qurmayaq. Sizə sual verməzdən əvvəl biz jurnalistlərdə energetik yüklənmə gedirdi. Biz, bayaq dediyim kimi, əvvəlcə Sizin auranıza düşürdük, sonra özümüzdən xəbərsiz Sizə doğru axışırdıq. Bu, izahedilməz bir cəzb idi. Siz hara gedirdinizsə, biz də Sizin arxanızca. Sınamışdım, bu anda bizi mühafizə belə saxlaya bilmirdi…

1996-cı il, aprelin 23-ü, Brüssel. NATO-nun mənzil-qərargahına gedirik. Jurnalistlərin buraxılışı yoxdur. Mən bundan xəbərsizəm. Avtobus dayananda Siz artıq maşından düşüb binaya doğru gedirdiniz. Qaçmaqdan başqa əlac vardımı? Qaçıram, pilləkanlarda özümü nümayəndə heyətinə çatdırıram. Sonra Sizin NATO-nun baş katibi Havyer Solana ilə görüşünüzün ilk dəqiqələrindən foto çəkirəm. Yalnız indi təhlükəsizlik xidməti mənim buraxılışsız olduğumu görür. Amma iş-işdən keçib. Mənim fotolarım var…

Biz hərdən çox uzağa gedirdik. Çünki Sizinlə qorxu nədir bilmirdik. Əsgər generalından arxayın olanda necə cəsarətli olursa, bizə də elə bir cəsarət gəlirdi. Belə anlarda ehtiyatsızlıq edəndə Siz qayğımıza qalırdınız.

1997-cı il 19 iyun. Özbəkistandan qayıdırıq. Bizi ətrafınıza toplayıb təəssüratlarımızı eşitmək istəyirsiniz. Parkda başıma gələn hadisəni danışıram. O zaman Özbəkistanda dollar ilə alış-veriş etməyə qadağa qoyulmuşdu. Dollarla ticarətə görə saxlanılmaq, hətta tutulmaq olardı. Mən də şəhər parkında xatirə olaraq araqçın almaq istəyəndə əlimdə ancaq dollar vardı. Sizə bunu danışanda simanızdakı təşvişi sezməmək mümkün deyildi. “Birdən səni tutardılar,”- dediniz, doğma bir insan kimi narahatlığınızı gizlətmədiniz.

Düzdür, məni kimsə tutub Özbəkistanda saxlamazdı. Siz də bunu gözəl bilirdiniz. Amma istəməzdiniz ki, başımız ağrısın. Siz bizim hamımızı çox sevirdiniz…

1996-cı il, Türkmənistan. Gecədən keçib. Otelin qarşısında durub Sizi gözləyirik, sözün əsl mənasında açıq havada qarovul çəkirik. Üçümüzük - Elmira Əmrahqızı, Elmira Axundova və mən. Nəhayət, maşınınız yaxınlaşır. Deyəsən, bizi gördünüz. Qapının şüşəsi aşağı salınır: “Burada gecə vaxtı nə edirsiniz? Çörək yemisiniz?”

Təkcə çörəklə doymur insan. Siz bunu hamıdan gözəl bilirdiniz. Sizinlə ünsiyyət özü çörək qədər əvəzsiz idi.

Təkcə çörəklə iş bitsəydi, nə vardı ki… O çörəyin dadı damağımda, ətri burnumdadır. O çörək bu gün də mənim süfrəmdədir. O çörək həm sözün həqiqi mənasında yediyim çörəkdir, həm də məcazi mənada məni yaşadan çörək.

Məni yaşadan çörək ünsiyyətdir. Bu günün özündə də Sizinlə kəsilməyən ünsiyyət. Bu ünsiyyət dalğa - dalğadır, hərdən çox güclüdür, hərdən səngiyən vaxtları olur, amma heç zaman bitmir.

2009-cu il. “Qızıl kitabdan etüdlər” kitabını yazıram. Bu kitab Sizin adlarını “Qızıl kitab”a yazdığınız uşaqlar haqqında etüdlərdir. Sizdən sonra “Qızıl kitab” ənənəsini layiqincə yaşadan Prezident İlham Əliyevin Sərəncamı ilə adları bu kitaba yazılan, Mehriban xanımın qayğısını görən uşaqlar az deyildi. Kitab bitəndə anladım ki, Sizsiz tamamlana bilməyəcək. “Qızıl kitab”a ilk adı yazılan Surxayı tapdım, Sizin taleyinə çıraq yandırdığınız Surxay Əsgərovu. İlk yazı Surxayla Sizin barənizdə söhbət oldu. Surxayın bu gün də Sizinlə ünsiyyəti davam edir…

2012-ci il. Mənim ünsiyyətimin ikinci ən güclü dalğası. 14 ildən sonra “Prezident. Xronika” kitabının ikinci hissəsini yazıram. Xronikanı günbəgün AZƏRTAC-ın materialları əsasında toplayıram. Sonra son versiyasını Azərbaycan Respublikası Prezidentinin Katibliyinin materialları ilə tutuşdururam. Bu işdə mənə imkan yaradan, əlindən gələn köməyi əsirgəməyən katibliyin rəisi Dilarə xanım Seyidzadəyə deyirəm ki, bilmirəm bu kitab nə vaxt çap olunacaq, amma mənim üçün bu, bir borcdur, onu verməliyəm. Dilarə xanım mənə müdrik bir cavab verir: “Düz edirsən, Aynur. Bu, borcdur. Çünki Heydər Əliyevlə işləmək bayram idi”…

Mənim ünsiyyətimin bu gün yeni bir səhifəsi var, cənab Prezident. Mən indi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində işləyirəm. Azərbaycanda mültikulturalizmin dövlət siyasəti olaraq təməlini Siz qoymusunuz. Mənim gündəlik işim keçmişə “salam” verməklə onu bu gün və sabah üçün yaşatmaqdır. İki gün öncə Mərkəzdə Sizin doğum gününüzə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində “dəyirmi masa”da kimlər yox idi? Fikir mübadiləsi də öz yerində. Sözü türkiyəli dostunuz professor Fikrət Türkmən aldı: “O zamanlar Heydər Əliyevlə dilin Azərbaycan dili adlandırılması ilə ilgili konuda heç razılaşmadım. Günlərin birində Türkiyənin Cümhuriyyət günü törənində onu gördüm, Heydər bəydən “Niyə ana dilinin adını Azərbaycan dili qoydunuz?”- deyə sordum. Jurnalistlər bizi tək buraxmadılar. Söhbətimizi qeydə aldılar. O mənə: “Vətəndaşlıq üzərində dayanmaq zorunda qaldım”, - dedi. Onda anladım ki, həyat bilgidən çox, təcrübəyə əsaslanır. Həyat Heydər Əliyevin dediklərini təsdiq etdi. Bu gün multikulturalizm Azərbaycan üçün vazkeçilməzdir”.

Bax, bizim bu günümüzün söhbəti budur, cənab Prezident.

Hər gün iş otağıma ayaq basanda, Xəzərin üzərində bərq vuran günəşin yaratdığı təkrarsız mənzərədən zövq alanda Sizinlə Günəş arasındakı bənzətmə yadıma düşür. Mənim üçün Siz Günəşsiniz. Mən bu Günəşin istisi, hərarəti nədir, bilirəm. Onu da bilirəm ki, o insanlar ki, ömürlərində heç olmasa, bircə dəfə əsl Günəş nədir, onun hərarəti, istisi nədir biliblərsə, onlar üçün açılıb-tutulan hava, ötəri buludlar vacib deyil.

Bunu bilən bilir. Bunu Sizinlə işləməyin bayram olduğunu bilənlər bilir…

Sonda yaddaşımın bayramından ən parlaq səhifələri xatırlatmaq istəyirəm.

Sizin Zərifə xanımın abidəsini sığallayan əllərinizi, Kapridə gözəl bir payız axşamı sevdiyiniz insanların arasında ürək dolusu gülüşlərdən yaşaran gözlərinizi, “Azərbaycan” şerini deyəndə titrəyən səsinizi, Ağdamda Quzanlıdakı yüksəklikdə yağışın və sərt küləyin altında insanları qələbəyə çağıran sərkərdə duruşunuzu unutmayacağam. Çiynimə qoyduğunuz əlinizin hərarəti hər zaman mənimlədir. Mənim əbədi bayramım kimi…

Aynur Bəşirli

Siyasi elmlər üzrə fəlsəfə doktoru,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub