Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“HƏRBİ QULLUQÇULARIN STATUSU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA, AZƏRBAYCAN RESPUBLİKASININ 1994-CÜ İL 23 SENTYABR TARİXLİ 886 SAYLI QANUNU İLƏ TƏSDİQ EDİLMİŞ “AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN QARNİZON VƏ QAROVUL XİDMƏTLƏRİ NİZAMNAMƏSİ”NƏ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ 1994-CÜ İL 23 SENTYABR TARİXLİ 887 SAYLI QANUNU İLƏ TƏSDİQ EDİLMİŞ “AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN DAXİLİ XİDMƏT NİZAMNAMƏSİ”NƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 79; 1993-cü il, № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 378; 1998-ci il, № 1, maddələr 15, 16; 1999-cu il, № 4, maddə 228, № 5, maddə 286; 2001-ci il, № 6, maddə 362, 363, № 11, maddə 694, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 10, maddə 871, № 12, maddə 1093; 2006-cı il, № 4, maddə 312, №11, maddə 933; 2007-ci il, №6, maddə 560, №8, maddə 756, №11, maddələr 1053, 1078; 2008-ci il, №3, maddə 156) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 27-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsı sığorta edilirlər.”;

2. 27-ci maddənin üçüncü hissəsi çıxarılsın;

3. 28-ci maddənin adında və mətnində “həlak olmuş” sözlərindən sonra mötərizədə “ölmüş” sözü, “həlak olduğu” sözlərindən sonra isə mötərizədə “öldüyü” sözü əlavə edilsin.

II. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22 (əlavə), maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133, № 5, maddə 312; 2007-ci il, № 8, maddə 756, № 11, maddə 1078) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 39-cu maddənin ikinci hissəsinin iyirminci abzasında “yaralanmasına və ölməsinə” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almasına və ya həlak olmasına (ölməsinə)” sözləri ilə əvəz edilsin;

2. 158-ci və 166-cı maddələrdə “(ağır yaralandıqda) və ya həlak olduqda” sözləri “, ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda və ya həlak olduqda (öldükdə)” sözləri ilə əvəz edilsin;

3. 168-ci maddənin ikinci hissəsində “həlak olduqda” sözlərindən sonra mötərizədə “öldükdə” sözü əlavə edilsin;

4. 178-ci maddədə “(yaralandıqda)” sözü “, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda” sözləri ilə əvəz edilsin.

III. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 312, № 6, maddə 415; 2007-ci il, № 8, maddə 756) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 4-cü maddəsinin dördüncü abzasında “yara, kontuziya” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin.

IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyul 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin