“HƏRƏMİZ BİR AĞAC ƏKƏK”
Azərbaycan Prezidenti Heydər Əliyevin Gəncəyə və Şəkiyə son səfərləri zamanı verdiyi tövsiyə və tapşırıqlara müvafq olaraq yaşıllıqları genişləndimrək məqsədi ilə Yevlax şəhərinin ağsaqqalları “Hərəmiz bir ağaç əkək” təşəbbüsü ilə çıxış etmişlər. Rayon İcra Hakimiyyətindən AZƏRTAC-in müxbirinə demişlər ki, təşəbbüsə həvəslə qoşulan yevlaxlılar qısa müddətdə küçələrin kənarlarında, park və meydanlarda 3 mindən çox Şərq çinarı, palıd, ağcaqayın, şam və digər qiymətli ağaclar əkmişlər.
Rayonun meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi də yaşıllaşdırma işlərində fəallıq göstərir. Meşə işçləri son günlər 10 hektar sahədə 16 min akasiya ağaçı əkmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:14]
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub
- 06.11.2026 [16:15]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 06.11.2026 [15:54]
Yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ
- 06.11.2026 [12:30]
Sabah hava yağıntılı olacaq
- 06.11.2026 [10:41]
Dağlıq ərazilərə qar yağıb, hazırda bəzi yerlərdə duman müşahidə olunur
- 04.11.2026 [17:22]