İQTİSADİYYAT
Hesablama Palatası kollegiyasının iclası keçirilib
Bakı, 4 iyun, AZƏRTAC
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə və Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutuna ayrılmış vəsaitlərin istifadəsinə, həmçinin İnstitut üzrə büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabatlar müzakirə olunub.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
İclasda, həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.