İQTİSADİYYAT
Hesablama Palatasının kollegiya iclası keçirilmişdir
Bakı, 5 avqust (AZƏRTAC). Hesablama Palatasının kollegiya iclası keçirilmişdir.
Palatadan AZƏRTAC-a bildirmişlər ki, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Tərtər Rayon İcra Hakimiyyətinə inzibati və sosial obyektlərin təmiri və tikintisinə ayrılan vəsaitlərdən istifadəsi, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Gənclər və İdman Nazirliyi Aparatının saxlanması, Zaqatala Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, eləcə də digər cari məsələlərin vəziyyəti üzrə auditlərin nəticələrinə dair hesabat və rəylər geniş müzakirə edilərək qəbul olunmuşdur.
Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınmışdır.