HƏŞTƏRXANDA AĞ MƏSCİD BƏRPA EDİLƏCƏK
Onun sözlərinə görə, məscid həm də Həştərxan müsəlmanlarının dini mərkəzinə çevriləcəkdir.
Ağ məscid 1776-cı ildə tikilmişdir. Sovet hakimiyyəti illərində burada fabrik, emalatxanalar fəaliyyət göstərdiyindən bina yararsız vəziyyətə düşmüşdür. Binanın bərpası üçün təxminən 4 milyon rubl məbləğində sponsor vəsaiti toplanmışdır. İndiyədək xeyli iş görülmüşdür. Lakin bərpa işlərini başa çatdırmaq üçün xeyli vəsait lazımdır.
Lakin Həştərxanın giriş qapısı yaxınlığındakı daha bir məscidlə bağlı məsələ hələ də həll olunmamışdır. Xatırladaq ki, Sovetski rayon məhkəməsinin qərarı ilə məscid sökülməlidir, çünki müsəlmanlar maliyyə çatışmazlığı üzündən inşaat işlərini vaxtında tamamlaya bilməmişlər. İndi onlar yarımçıq qalmış tikilini öz vəsaitləri hesabına sökməlidirlər.
Müsəlmanlar rayon məhkəməsinin qərarını yerinə yetirməkdən imtina etmişlər. Lakin vilayət məhkəməsi və Rusiya Ali Məhkəməsi onların qərara yenidən baxılması barədə xahişini rədd etmişlər. İndi Həştərxan müsəlmanları Avropa İnsan Hüquqları məhkəməsinə şikayət ərizəsi göndərmişlər.